Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xəstəxanalarda 25 manata torbaya doldurulan hava satılır: “Deyirlər ki,apar uşağın üzünə üflə”



Bəzi səhiyyə müəssisələrində OXİN adlı bioloji aktiv adı ilə tanınan dərman preaparatları müxtəlif firmalar tərəfindən valideynlərə satılır. Bir torbası 25 manata olan bu dərman preparatının uşağın səhhəti üçün heç bir faydası olmadığı söylənilir. Maraqlıdır ki, insan səhhəti üçün elə bir müsbət töhfəsi olmadığı deyilən bu preparatın satılmasında bəzi firmalar da maraqlıdır. 

Pediatr Aytən İsmayılzadə də bu problemlə qarşılaşıb. A.İsmayılzadə Cebhe.info-ya açıqlamasında qarşılaşdığı vəziyyəti belə təvir edib:

“İşə gələrkən bir firma nümayəndəsinin məni gözlədiyini gördüm. Məni hipoksiya müalicəsi üçün oksigen tərkibli damcı dərmanla tanış etdi. Onları təlimatlandırıb bizə göndərən həkim -menecerinin nömrəsini alıb, zəng etdim. Dedim ki, ayıbdır, vicdanınız olsun, elədiyiniz cinayətdir. Əlbəttə ki, o da nağıllar danışmaq istədi. “O nağıllara toxuq, kasıb-kusubu aldadıb 25 manatını cibinə yığan direktorunuza belə nağıllar danışın” dedim”. 

A.İsmayılzadənin sözlərinə görə, bu yolla xəstələrin valideynləri həm firma, həm də bəzi həkimlər tərəfindən aldadılır:

“Həkimin maaşı azdır deyib bəraət qazandırmaq olmaz. Məsələ doğrudan da ciddidir. Bir azərbaycanlı ailəsi azərbaycanlı işbazı və həkimi tərəfindən aldadılır. Firma sahibləri və həkimlər millətin ana-atasını aldadıb villalarda yaşamaq üçün 25 manat pulu mənimsəyib, əvəzinə “pinqvin” torbasına doldurulmuş hava verirlər ki, apar uşağın üzünə üflə”. 

Pediatr bildirib ki, oksigenləşmiş su ilə hipoksiya müalicə etməklə həzm sistemindən aktiv oksigen sovrulması kimi fikirlər cəfəngiyyatdır:

“Səhiyyə Nazirliyi, respublikanın baş pediatrı , Pediatrlar Klubunun üzvləri məsələyə münasibət bildirsin, bu problem həll etsinlər. Əlbəttə ki, bu problemin həlli onlara maraqlıdırsa”. 

Pediatr digər maraqlı məqamlara da toxunub:

“Maraqlıdır, hansı vicdansız həkim hansı pulun müqabilində bunu yazıb, nə qədər ailəni ətsiz-çörəksiz qoyur. Bu cür savadsız həkimlər niyə attestasiya imtahanı verib kürsüyə sahib olurlar? Heç utanmırıq? Öz ailələrimizi aldadırıq, maarifləndirmək əvəzinə özümüzə sərf edən yalan, fırıldaqlarla baş qatırıq”. 

Səhiyyə Nazirliyi və sözügedən “havanı” satan şirkətlə əlaqə yaratmağa çalışırıq. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений