Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Xəstəxanada 7 yaşlı uşağının meyiti ilə qarşılaşan tibb bacısı: “Dedilər ki, xəstə gətirilir...”



“Yaxınlaşanda baxdım ki, xərəkdəki mənim uşağımdır”.

Bunu AzNews.az-a açıqlamasında Salyanda avtomobil qəzası nəticəsində ölən 7 yaşlı oğlunun meyiti ilə xəstəxanada qarşılaşan tibb bacısı Aytəkin Əhmədova deyib. Həmin anda hüşunu itirən ana bir də bu gün ayılıb:

“Elə o anda komaya düşmüşəm. Bu gün ayılmışam. Çox pisəm, oğul itirən ana necə olar? Balası ölən anayam”.

Aytəkin Əhmədova deyib ki, həmin günü o, işdə olub: “Uşağımı evdə sağ-salamat qoyub işə getmişdim. Evimizə qonaq gəlib. Qonaq mağazaya gedəndə uşaqlarım da ona qoşulub. İşdə olanda dedilər ki, xəstəxanaya xəstə gətirdilər. Yaxınlaşanda baxdım ki, mənim uşağım, Ayxanım”...

Qeyd edək ki, Salyanda 7 yaşlı Ayxan Əhmədov naməlum avtomobillə vurulub. Uşaq Salyan Mərkəzi Xəstəxanasına çatdırılsa da yolda dünyasını dəyişib. Ayxanın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində tibb bacısı işləyir. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən tibb bacısı dərhal ona yaxınlaşıb və xərəkdə 7 yaşlı oğlunun meyitini görüb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений