Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Xalq artistinin bacısı üsyan etdi: “Ailədə bir məşhur olmasını istəyir"



Şou dünyasında qalmaqallar, mübahisələr hər zaman olub, bu gün də var. Daha çox məşhur olmaq, pul qazanmaq üçün bir sıra müğənnilər məhz bu yolu seçirlər.

Cebhe.info əməkdaşı məşhur xalq artistimiz Simarə İmanovanın bacısı Gülarə İmanova ilə söhbətləşib. Şou dünyasında baş verənlər haqqında suallara cavab axtarıb. G.İmanova uzun illərdir sənətdə olmasına baxmayaraq məşhur olmamasının səbəblərini də açıqlayıb.

-Gülarə xanım, uzun illərdir sənətdəsiniz, amma məşhur deyilsiniz. Bu gün məşhur olmaq üçün nə lazımdır? Sənət, yoxsa pul?

-Bu gün bir çox müğənnilərin səsi, geyimi məni qane etmir. Ancaq onlar ulduzdurlar. İndiki dövrdə heç səsə baxan yoxdur. Mən çox adamlara müraciət etmişəm, heç kim səsin necə olduğu ilə maraqlanmır. Bu gün bir dəfə soyunub efirə çıxsan, olacaqsan məşhur müğənni. İnsan hər bir sahədə sənətini göstərməlidir. Sənət yoxdursa, qalan məsələlər ikinci dərəcədədir. Heç kimin şəxsiyyətinə söz deyə bilmərəm. Hər kəsin öz şəxsiyyəti var. Amma müğənni olmaq üçün səs lazımdır. Bəlkə də estradaya yaraşar soyunmaq, ancaq indi muğam oxuyanların da bəziləri soyunurlar. Muğam ifaçılarımız arasında çox yaxşı sənətkarlar var.

-Çox məşhur bir xanımın, Xalq artistinin bacısısınız. Hər kəs bunu müəyyən qədər üstünlük kimi qəbul edir. Bu kriteriyalar sənətdə sizə hansısa üstünlük yaradırmı?

-Elələri var ki, mənim Simarə xanımın bacısı olduğumu bilirlər. Amma bir çoxları məni elə Gülarə İmanova kimi tanıyırlar. Mənə Simarə İmanovaya görə yox, öz tərbiyəmə, sənətimə görə hörmət qoyurlar. Amma mən bir bacı kimi Simarə İmanova ilə fəxr edirəm. Simarə xanım gözəl müğənnidir, Xalq artistidir, ailə başçısıdır, gözəl anadır. Bu baxımdan mən hər zaman bacımı dəstəkləyirəm.

-Simarə İmanova sizə kömək edirmi?

-Bu haqda deyə bilmərəm. Bəlkə də Simarə xanım özü də istəyir ki, mən məşhur müğənni olum, amma bacara bilmir. Bəlkə istəyir ki, ailədə tanınmış tək özü olsun. Hər şey ola bilər, amma həyatda biz çox mehriban bacıyıq.

-Uzun illərdir sənətdəsiz. Qarşınızı kəsən nə oldu ki, məşhur ola bilmədiniz?

-Mən 1988-ci ildən oxumağa başlamışam. Bir müddət toylara getdim, oxudum. 1995-ci ildə ailə həyatı qurdum və övladlarım oldu. Onlara böyüdənə qədər düz 17 il sənətdən uzaq qaldım. Amma mənə desəydilər ki, 17 il sənətdən uzaq qalacaqsız, bəlkə də ürəyim partlayardı. Heç özüm də bilmirəm ki, bu 17 ili necə gözləmişəm. Sonradan musiqiçi dostların təkidləri ilə sənətə qayıtmışam.  2010-cu ildə yenidən sənətə qayıtdım və ötən ildən yeni mahnılar yazdırmağa başladım. Bir sıra televizyalarda verilişlərə dəvət aldım. Amma 2017-ci ildən yenə də sənətimdə durğunluq yaşanıb, səbəblərini isə bilmirəm.

-Bəlkə öz səhlənkarlığınızdandır?

-Bilmirəm. Bəlkə də mərdimazlarım çoxdur. Mənim paxıllığımı çəkənlər çoxdur.

-Ad çəkmək mümkündür?

-Yox, mən məşhur müğənnilərdən danışmıram. Onların mənimlə nə işi var ki? Toy müğənniləri var ki, onların çoxu mənə qarşı fərqli münasibət göstərir. Adlarını da çəkərəm, amma nəyə lazımdır ki?

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений