Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vüsal Qarayev boykotçulara səsləndi: “Siz seçkidə iştirak edəndə müxalifət olursunuz, biz iştirak edəndə satqın?”



“Çox çalışdım bu məsələyə toxunmayım, olmadı. Sən seçkiyə get, sonra boykot et, sonra bir də seçkiyə get, dəyişən də bir şey olmasın. Eyni nəticə, eyni iqtidar, eyni müxalifət. İllərdir eyni president, eyni müxalifət liderləri, eyni partiya sədrləri. Eyni şəxslər eyni vəzifəni tutub durublar”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin keçmiş rəhbəri Vüsal Qarayev deyib. 

V.Qarayev hesab edir ki, seçkiyə qatılmayanların xalqa vurduğu zərbə daha çoxdur: “İndi necə oldu ki, biz seçkiyə gedirik deyə satqın, prezidentə dəstək verən olduq? Bir başa salın. Qaragüruh, əxlaqsız, troll sürünüzü üstümüzə salıb söydürməklə olmur bu işlər. Cavab verin, necə olur siz seçkilərdə iştirak edəndə və heç bir nəticə əldə etməyəndə müxalifət olursunuz, lakin biz iştirak edirik deyə satqın oluruq?

Belə çıxır ki, siz illərlə satqınlıq etmisiniz? Nə zamana kimi sizim dediyinizi deməyənləri söyüşlə, şər-böhtanla linç etməyə davam edəcəksiniz? Sizin müxalifətçiliyiniz elə Razi Nurullayevi güdmək, onu və ətrafını söydürməkdən ibarətdir? Sayənizdə vətəndaş söyür, vətəndaş nifrət edir, vətəndaş iyrənir bu cür müxalifətdən. Sizin müxalifətə vurduğunuz zərbə, seçkilərin nəticələrinə verdiyiniz “töhvə” hakimiyyətdən daha çoxdur. Bilirəm bunu anlamayacaq qədər küt deyilsiniz”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений