Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Volkan Üstün müəmmalı qadağası: Abbaszadə efirə buraxılmır



Ötən ilin sonunda I divizion klubu "Xəzər”in baş meneceri təyin olunan Gündüz Abbaszadə buna qədər çalışdığı "CBC Sport” telekanalından ayrıla bilər.
 
Apasport.az xəbər verir ki, təyinat rəsmiləşən vaxt Abbaszadənin paralel olaraq telekanalda şərhçiliyə davam edəcəyi açıqlansa da, bunun şahidi olmuruq.

Belə ki, onun bu addımı "CBC Sport” rəhbərliyinin ürəyincə olmayıb. Nəticədə Abbaszadə son vaxtlar Azərbaycan çempionatı ilə yanaşı, əvvəllər şərhçilik etdiyi İtaliya A seriyası və Türkiyə Kubokunun görüşlərinə də "təyinat almır”.

Məsələ ilə bağlı telekanalın rəhbəri Volkan Üstün münasibətini öyrənməyə çalışdıq. O, əməkdaşımızın zənginə cavab versə də, nə ilə bağlı əlaqə saxladığımızı öyrəndikdən sonra səsimizi eşitmədiyini bildirərək, dəstəyi asdı.

Gündüz Abbaszadə isə bu haqda danışmaq istəmədiyini bildirib: "Hələlik bu haqda danışmaq fikrim yoxdu”.

Maraqlıdı ki, buna qədər "CBC Sport”un başqa əməkdaşları paralel olaraq digər yerlərdə çalışsalar da, telekanaldakı fəaliyyətlərini davam etdiriblər. Belə olan halda, Gündüz Abbaszadəyə "Xəzər”ə gedişindən sonra qadağa qoyulması müəmmalı qalıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений