Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Vaşinqton-Ankara müttəfiqliyi sözdədir" - Politoloq



"ABŞ Konqresi Pentaqonun təklifi ilə Şimali Suriyada YPG terror təşkilatına 500 milyon dollar yardım ayırıb. ABŞ-ın maliyyə yardımı "Suriya Demokratik Qüvvələr" adlandırılan YPG-nin Türkiyəyə qarşı gücləndurməsini bir daha sübut etdi". 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

 M.Əsədullayev qeyd edib ki, proseslər ABŞ-ın terrorçulara dəstəyinin  davam edəcəyini göstərir:

"Bu maliyyə yardımının dövlət katibi Reks Tillersonun Türkiyəyə gözlənilən səfəri öncəsi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Ankarada rəsmlərlə apardığı danışıqlar fonunda ayrılması göstərir ki, terror təşkilatına dəstək bundan sonra da davam edəcək. Və Ankara ilə aparılan danışıqlarda YPG-yə dəstəkdən vaz keçilməyəcək. 

Vaşinqtonun terror təşkilatına yardım siyasəti Türkiyənin "Zeytun budağı" əməliyyatına cavabıdır. Qeyd edim ki, Tillersonun Yaxın Şərq turnesi çərçivəsində Türkiyəyə səfəri, aparılacaq danışıqların bundan sonra nəticəsiz başa çatağı istisna deyil. ABŞ qərarını geri götürməsə, Ankara- Vaşinqton əlaqələri daha da kəskinləşəcək. 

Prezident Tramp Ərdoğana YPG ilə verdiyi sözü tutmaması onun siyasi iradəsindən xaric məsələdir.  Türkiyəyə qarşı YPG-nin silahlandırılmasını həyata keçirən Pentaqon xüsusilə "quduz it" ləqəbli müdafiə naziri Ceyms Mətts əsas füqurdur. Mətts  Yaxın Şərq üzrə ABŞ-ın əsas müharibə strateqidir. Qeyd edərdim ki, general Mətts hətta Türkiyə ilə açıq hərbi qarşıdurmaya getməyə hazır olan şəxsdir". 

Politoloq hesab edir ki,  Vaşinqton-Ankara müttəfiqliyi sözdədir və ABŞ Türkiyəyə qarşı düşməncəsinə hərəkət edir".

Vilayət Muxtar 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений