Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vasif Məhərrəmli: "100 il keçsə də, o səsdən olmayacaq" - FOTO - VİDEO



“Mən demirəm ki, mənim böyük səsim var. Səs o səsdir ki, ifa olunanda fərqliliyi hiss olunsun”.

Cebhe.info-nun məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan əməkdar artist Vasif Məhərrəmli deyib. O bildirib ki, şou-biznesdə bir çox müğənnilərin səsi oxşardır:

"Fərqli janrlara da müraciət edirəm. Amma mən bu sənətə klassik estrada janrında gəlmişəm. “Bakılı qız” , “Nə küskünsən” , “Sevgilim” kimi mahnıları oxumuşam. Rəşid Behbudov kimi oxuya bilərəm. Amma unutmasınlar ki, heç kim Rəşid ola bilməyəcək. Bundan sonra 100 il keçsə də, o səsdən gəlməyəcək. Hansı müğənnilərin ki, səslərini digərindən seçə bilmiriksə, demək ki, onlarda süni səs var. Bir də görürsən ki, radioda bir mahnı verirlər, tapa bilmirsən ki, kimdi oxuyan”. 

V.Məhərrəmli onu da əlavə edib ki, onun səsini xalq artisti Samir Cəfərovun səsinə bənzədiblər: “Məsələn Samir Cəfərov “Əsən yellər” mahnısını oxuyub. Bir çoxları elə bilir ki, həmin mahnını mən oxumuşam. Samirlə səsimizdə oxşarlıq var. Çünki o da təcrübə görmüş səsdi. Mən də azdan-çoxdan təcrübə görmüş müğənniyəm”. 

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений