Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vahid terrorçu siyahısında yeni adlar: Bu dəfə alimlər...



Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir vahid terrorçu siyahısına daha 11 nəfəri və 2 təşkilatı daxil edib.

Cebhe.info xəbər verir ki, bu barədə ərəb mənbələri yazıb. Məlumata görə, 4 ölkənin siyahısına İslam Alimlərinin Beynəlxalq İttifaqı da düşüb. Bu təşkilata tanınmış Misir mütəxəssisi Yusif əl-Kardaui rəhbərlik edir. O, hazırda Qətərdə yaşayır. Onun adı da daha əvvəl siyahıya daxil edilmişdi.

Cebhe.info xatırladır ki, iyunda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir terrorçu siyahısına 59 nəfər və 12 təşkilatın adını daxil edib. Bu şəxslər və təşkilatlar Qətərdən yardım almaqda və terror fəaliyyətinə maddi yardımda ittiham edilir. Qeyd edək ki, bu ölkələr Qətərlə diplomatik əlaqələri kəsib və rəsmi Dohanı terroru dəstəkləməkdə ittiham edir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений