Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vahid forma məktəblərdən sonra universitetlərdə?



Türkmənistanda ali məktəb tələbələrinin vahid milli geyim forması var. Tələbələr bu vacib şərtə əməl edərək, hər gün ali təhsil ocağına vahid milli formada gəlirlər. Bu qayda həmin ölkənin təkcə universitet tələbələri üçün deyil, həm də orta məktəb şagirdləri üçün də keçərlidir. 

Ekspertlərin fikrincə, ümumiyyətlə, təhsil müəssisələrində tələbənin geyiminə müdaxilə etmək düzgün deyil. Universitetlərdə geyimin inzibati üsullarla tənzimlənməsi əslində gənclərin sərbəstliyinə buxov vurmaq cəhdidir.  Əslində cəmiyyət inkişaf etdikcə azadlıqlar artmalıdır. Rahat geyim isə başqalarına hörmətsizlik deyil. Ona görə də məhz orta məktəbdən fərqli olaraq ali məktəb tələbələrinin geyiminə müdaxilə edilməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır. 

Maraqlıdır, Azərbaycan tələbələrinin vahid geyim formasına keçməsi mümkündürmü?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, hal- hazırda Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrində müəllim, tələbə və şagirdlərin vahid geyim formaları  tətbiq olunur. "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə görə universitetlərin bu səlahiyyətləri var:

“Amma düşünmürəm ki, buna keçməklə hansısa irəliləyişə nail olmaq mümkün olsun. Orta məktəbdən fərqli olaraq, ali təhsil müəssisələrinə daxil olan şəxslərin daha müstəqil geyim normaları ilə tədris prosesinin iştirakçısına çevrilməsi daha doğru olar. Doğrudur, Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisəsinin tələbələri xüsusi geyim normalarına malikdirlər, lakin bu mülki universitetlər üçün effektiv olmaz. Bu gənclər əsgər deyil, tələbədirlər və mülki həyat üçün hazırlanırlar. Ona görə də tələbələrə vahid geyim formasının tətbiq olunması məqbul addım olmaz”.

Alçina Amilqızı
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений