Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Universitetlərin reytinqi: Adımız 1000-lükdə də yoxdur - NİYƏ?



“Times Higher Education (THE)” jurnalı tərəfindən dünyanın ən yaxşı universitetlərinin yeni siyahısı hazırlanıb. Hazırlanan və 1102 ali məktəbin yer aldığı siyahının zirvəsində Oksford Universiteti yer alıb. İkinci yerdə Kembric Universiteti, üçüncü yerdə isə Kaliforniya Texnologiya Universiteti qərarlaşıb.

Qeyd edək ki, Azərbaycandan heç bir universitetin yer almadığı siyahıda qonşularımızdan - Türkiyədən 5, Gürcüstandan 1, Rusiyadan 25, İrandan isə 19 universitet ən yaxşılar arasında qərarlaşıb. Ermənistanın da heç bir universiteti siyahıya daxil ola bilməyib. Elmi araşdırmalar, beynəlxalq əlaqələr, maddi göstəricilər və təhsil səviyyəsi əsasında hazırlanan siyahının ilk onluğunda aşağıdakı universitetlər var:

1. Oksford Universiteti (İngiltərə)
2. Kembric Universiteti (İngiltərə)
3. Kaliforniya Texnologiya Universiteti (ABŞ)
4. Stenfor Universiteti (ABŞ)
5. Massaçusets Texnologiya Universiteti (ABŞ)
6. Harvard Universiteti (ABŞ)
7. Prinseton Universiteti (ABŞ)
8. London İmperial Kolleci (ABŞ)
9. Çikaqo Universiteti (ABŞ)
10. Sürix Federal Texnologiya Universiteti (İsveçrə)

Azərbaycandan niyə heç bir universitetin adı o siyahıya düşməyib? Bunun üçün hansı göstəricilər və ya tələblər vacib hesab olunur? 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında bu məsələyə aydınlıq gətirib. O, deyib ki, bu cür siyahıların hazırlanması siyasi məqsəd daşıyır: “Bəzi siyahılarda 100, bəzilərində 50, bəzilərində isə 10 yer ayrılır və ora ən yaxşı universitetlərin adları salınır. Bu həm də müxtəlif təşkilatlar tərəfindən həyata keçirilir. Ötən bir neçə ay əvvəl belə bir siyahı verilmişdi. Həmin siyahıda Bakı Dövlət Universiteti və Xəzər universiteti yer almışdı. Bunlar dəfələrlə o cür siyahılarda yer alıblar. Düzdür, onların adları ilk sıralarda olmasa da, 100-ün içərisində yer alır.  Görünür, bu siyahıda da ən yüksək səviyyədə olan universitetləri nəzərə alıblar. Bu yüksəklərin də içərisinə düşmək hələ bizim üçün tezdir. Ona görə tezdir ki, universitetin bu müsabiqədə nəyə görə qalib gəlməsi əsas götürülür. Bu məsələlərdən biri universitetin geniş yataqxanasının olmasıdır. Bu yataqxana təkcə yaşamaq üçün deyil, həm də mədəni mərkəz  və geniş kitabxana kimi fəaliyyət xarakteri daşımalıdır.  Bakı Dövlət Universiteti artıq layihələndirmə işləri aparır və o cür yataqxananı hazırlamağa başlayır. Bu universitetdə çox parametrlər üzrə layihələndirmələr var. 

Müasir təlim texnologiyalarından istifadə, layihələrdə iştirak, elmi-tədqiqat işlərinə görə ən yüksək jurnallarda iştirak sayına görə tələblər var ki, bunların içərisindən də Azərbaycandan Bakı Dövlət Universiteti, keçmiş Qafqaz Universiteti daim iştirak ediblər. Amma əsas tələblərdən biri də yataqxana məsələsidir”.

Ekspertin sözlərinə görə, Bakı Dövlət Universitetinin 100 illik tarixi var: “Artıq bu yaxınlarda universitet 100 yaşını qeyd edəcək. Digər universitetlərin tarixi isə 20-ci illərdən sonrakı vaxta düşür. Dünya universitetləri içərisində yeni elmi əməkdaşlıq, mübadilə kimi məsələlər də rol oynayır. 

Biz bunları da keçməli və o inkişafa çatmalıyıq. Özümüzə görə müasir təlim texnalogiyalarından, informasiya vasitələrindən, komputer imkanlarından geniş istifadə edirik. Hələ elektron təhsilə yeni keçirik. Bir çox universitetlərimiz var ki, hazırda yüksək nailiyyətlərlə uğur qazanırlar. Amma onluq universitetlər sırasında bizim bunları görməyimiz hələ tezdir”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений