Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ümumtəhsil məktəblərində kurikulumun tətbiqi çox zəifdir



Dövlət İmtahan Mərkəzi 2017-ci il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə dair yekun statistik analizini çap edib. 

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bu hesabatı əvvəlki illərdən daha maraqlı edən vacib bir səbəbin olduğunu deyib.

“Kurikulum əsasında təhsil alan ilk şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə 1-ci dəfə keçirilən buraxılış imtahanlarının nəticələri barədə bütün məktəblər üzrə məlumatlar təqdim edilib. Mərkəzin öz ekspertlərinin gəldiyi ilkin nəticə budur ki, ümumtəhsil məktəblərində kurikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazım səviyyədə deyil.

Rəqəmlərdən aydın olur ki, 2 mərhələnin yekununa görə (imtahanlar 2 mərhələdə keçirilmişdi) ötən il 9-cu sinfi bitirərək buraxılış imtahanlarında 108 min nəfər şagird iştirak edib. Hər 2 mərhələnin ümumi yekununa görə, Azərbaycan dilindən imtahan verən bütün şagirdlərin təxminən 57 faizi 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 7 faizi maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib. Ana dilindən cəmi 1 nəfər 100 bal toplayıb.
Hər 2 mərhələnin ümumi yekununa görə riyaziyyatdan imtahan verən bütün 9-cu sinif şagirdlərin təxminən 70 faizi 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 5.5 faizi maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib. Riyaziyyat fənnindən 20 nəfər 100 bal toplayıb”.

Ekspert qeyd edib ki, fərqlənmə attestatı almaq istəyən 27 min nəfərə yaxın şagird esse yazıb:

“Qaydalara görə, esse üzrə qiymət 10 ballıq şkala üzrə ən azı 7 bal olduğu halda 9-cu sinif şagirdləri fərqlənmə attestatı almaq şansı qazana bilir. Yekun statistikaya görə, esse yazmış şagirdlərin cəmi 23 faizi (6.3 min nəfər) 7 və yüksək bal toplaya bilib. Öz növbəsində 21 faiz (5.5 min nəfər) essedən 0-2 intervalında bal alıb”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений