Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Üç maşın toqquşdu - YARALILAR VAR



Ucarda 3 maşının iştirakı ilə baş verən qəzada 2 piyada xəsarət alıb.

Apa-nin xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

"61 BD 531" dövlət nömrə nişanlı "Nissan", "61 BF 947" dövlət nömrə nişanlı "Mercedes" və "61 BC 068" dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşınlarının toqquşub. Toqquşmadan sonra minik maşınları yol kənarında dayanan Ucar rayon sakinləri - 1980-cı il təvəllüdlü Seymur Səhrab oğlu Rəhimov və 1972-ci il təvəllüdlü Rüstəm Güləhməd oğlu Mirzəliyevi vurub.

Müxtəlif xəsarətlər alan piyadalar təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений