Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyədə erkən seçki: Pərdəarxası məqamlar



Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.Baxçalı həmçinin seçkilərinin 26 avqustda keçirilməsini vacib hesab etdiklərini bildirib.“Türkiyənin 2019-cu ilin 3 noyabrına qədər dayanmağa gücü yoxdur.İstədiyiniz seçkidirsə, buyurun. 2018-ci il avqustun 26-da prezident və parlament seçkilərinin keçirilməsi xalqımızın düşmənlərinə dərs verməyin ən demokratik yoludur. Dövlətin birliyinə silah çəkənlər buna peşman edilməlidir”, - deyə Baxçalı deyib.

Məlumdur ki, Türkiyədə keçirilən referendumda MHP hakim partiya olan Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəklədi.MHP-nin AKP-yə verdiyi bu dəstək partiya daxilində ciddi narazılıqlara səbəb oldu.Narazılıqların fonunda MHP-dən ayrılanlar Meral Akşenerin ətrafında birləşərək “Yaxşı Partiya” (İri Parti) yaratdılar və hakimiyyətə iddialı olduqlarını bəyan etdilər.Maraqlıdır ki, Baxçalının növbədənkənar seçkilərə getmək təklifi bütün siyasi partiyalar tərəfindən müsbət qarşılanıb. Hakim partiya başda olmaqla, ana müxalifət  Cümhuriyyət Xalq Partiyası (CHP) və “İyi Parti” növbədənkənar seçkilərə getməyə hazır olduqlarını bildiriblər.

Kamilistlər revanş götürür?

Analitiklər hesab edir ki, əgər növbədənkənar seçkilər keçirilərsə bu “kamalistlərin” revanşı ola bilər. Xüsusilə Meral Akşenerin qısa müddət siyasi səhnədə parlaması onun iqtidara gəlmək şanslarını artırır.Xanım siyasətçinin dəstəkçiləri də kifayət qədər nüfuzlu şəxslərdir.İddialara görə Akşenerə həm Avropa, həm də yerli siyasətçiləri dəstək verir.Yerli siyasilərdən ən çox diqqət çəkən isə keçmiş prezident Abdulla Güldür.

Hələ referendum dönəmində Abdulla Gülün xanım siyasətçiyə dəstək verdiyi haqqında iddialar var idi.Dəstəyin arxasında isə Gülün parlamentar sistem tərəfdarə olması dayanırdı.Bütün hallarda növbədən kənar seçkilər keçirilərsə, diqqətlə xanım siyasətçinin üzərində olacaq.Hakim partiyanın növbədənkənar seçkilərə gedib-getməyəcəyi isə sual altındadır.İddialara görə Baxçalı bu təklifi AKP-nin dili ilə səsləndirib.Yəni, AKP özü də növbədənkənar seçkilərə getməkdə maraqlıdır.

Analitiklər hesab edir ki, AKP növbədənkənar seçkilərə getməklə səslərini qorumağa çalışır.Məlumdur ki, Türkiyə iqtisadiyyatında ciddi təlatümlər yaranıb.Lirə rekord həddə ucuzlaşıb.Siyasi proseslərdə narazılıqlar mövcuddur.Ancaq etiraf etmək lazımdır ki, hazırda AKP-nin nüfuzu kifayət qədər yüksəkdir.Buna görə də AKP bu nüfuzdan istifadə edərək seçkilərdə qalib gəlmək niyyətindədir.Digər tərəfdən Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı kifayət qədər uğurla nəticələndi.Türkiyə bölgədə geosiyasi maraqlarını təmin etmək gücündə olduğunu Qərb və digər güclərə sübut etdi.Afrin zəfərinin AKP iqtidarına gətirdiyi nüfuz da seçkilərdə onların xeyrinə işləyən amil hesab olunur.Görünən odur ki, AKP iqtidarda qalmaq üçün bütün müsbət amillərdən istifadə etməyə qərar verib.

Tarix təkrar olunur?

CHP-nin mövqeyi də kifayət qədər maraqlıdır.CHP lideri Kamal Kılıçdaroğlunun növbədənkənar seçkilərə hazır olduğunu və bunu vacib hesab etdiklərini bəyan etməsi diqqətləri başqa tərəfə yönəldi. Çünki iddia olunur ki,  Baxçalı erkən seçki təklifini AKP-dən xəbərsiz verib.  Əgər bu iddialar həqiqəti ehtiva edirsə, o, zaman növbədənkənar seçkilər müxalifətin xeyrinə işləyəcək.

1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisiyası  olan zaman baş nazir Bülənt Ecevitin birinci müavini  olan Dövlət Baxçalı hökuməti növbədənkənar seçkilərə getməyə çağırdı. Həmin dövrdə iqtisadiyyat ağır günlərini yaşasa da, Ecevit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atırdı.Baxçalının belə bir vəziyyətdə gözlənilən növbədənkənar seçki təklifi koalisyon hökumətin sonunu gətirdi.İqtidara isə yeni quruluna AKP gəldi.Əgər Baxçalının bu dəfəki təklifi də eyni mahiyyət daşıyacaqsa, Türkiyənin siyasi hakimiyyətində dəyişikliyin olacağın istisna etmək olmaz.Ancaq bütün hallarda hələ ki, növbədənkənar seçki təklifinin arxasında nə dayandığı bəlli deyil.Bu yöndə yalnız iddialar səslənir.İddialardan isə görünür ki, növbədənkənar seçki həm iqtidarın, həm də müxalifətin işinə yarayır.

Maraqlıdır, növbədənkənar seçkilər Türkiyəyə nə verəcək?

Analitiklər hesab edir ki, növbədənkənar seçkilərin keçirilməsi bütün hallarda Türkiyənin xeyrinə işləyən amil olacaq.Hazırda Türkiyə iqtisadiyyatında ciddi problemlər var. Bunu hətta prezident Ərdoğan da etiraf edir.Digər tərəfdən Türkiyənin ABŞ başda olmaqla Qərb və bölgə dövlətləri ilə ciddi siyasi problemləri var. Ölkə hazırda Suriya savaşının içindədir.Qeyd edək ki, Türkiyə-NATO münasibətləri də qaydasında getmir.Bütün bu və bu kimi problemlərin aradan qaldırılması və qəti qərarların verilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi, daha doğrusu referendumdan irəli gələn məsələlərin qüvvəyə minməsi şərtdir.Ölkə faktiki olaraq parlamentar üsul-idarə ilə idarə olunur.Türkiyə yalnız seçkilərdən sonra prezident üsul idarəsinə keçəcək.Bu baxımdan növbədənkənar prezident seçkilərinin keçirilməsi vacib hesab olunur.Baxçalının bu təklifinin AKP iqtidarı və müxalifət tərəfindən isti qarşalanmasının arxasında duran məqamın da bu olduğu iddia olunur.

Qeyd edək ki, artıq növbədənkənar seçkilərin 24 iyunda keçirilməsi qərar verilib.

V.Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений