Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə gələcəyini sığortalayır 



Qardaş Türkiyə öz sərhədlərində öz milli təhlükəsizliyini təmin etmək üçün Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatlarına start verib. Artıq necə gündür ki, şanlı türk ordusunun uğurlu əməliyyatlarını müşahidə edirik. Terrorçular itkilər verərək ərazilərdən geri çəkilirlər.

Türkiyənin əməliyyatları dayandırması üçün terrorçular dəstək aldıqları Avropanın bəzi dövlətlərindən və Amerikaya yalvarırlar. Türkiyə bütün beynəlxalq təzyiqlərə baxmayaraq, əməliyyatları sona qədər davam etdirəcəyini bəyan edib. Türkiyə strateji baxımından düzgün və yerində olan addım atır. Gələcəyini sığortalayır. Türkiyə terrordan əziyyət çəkən dövlət kimi yaxşı bilirdi ki, Afrində yaradılan qüvvələr nə zamansa Türkiyənin milli maraqlarına ciddi təhlükə yaradacaq. İndidən bunu görməmək mümkün deyildi. Üstəlik, vəziyyəti dəyəndirməmək gələcək nəsillərə böyük problemlər buraxmaq demək idi. Buna nə rəsmi Ankara, nə də türk xalqı razı olardı.

Türkiyə dövləti zamanında addımı atdı. Bu gün əməliyyatların Türkiyənin qələbəsi ilə başa çatacağı heç bir kimdə şübhə doğurmur. Azərbaycan qardaş ölkənin yanında olmaqla hansı mesajları verdi? Təbii ki, Azərbaycan dövləti terrordan əziyyət çəkən qardaş ölkənin haqq davasına dəstək verməyə bilməzdi. İki qardaş ölkə beynəlxalq siyasətdə birgə mövqedən çıxış edir və öz milli maraqlarını qorumağa çalışırlar. Bu günlərdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Strasburqda keçirilən iclasda Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatından danışarkən bu əməliyyatı “istila” və “müdaxilə” kimi adlandıranlara qarşı çıxaraq Türkiyəni müdafiə edib. Terrorun nə zamansa, Avropanın özünə təhlükə yaradacağını bildirib. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çıxışında deyib: “Seyidov qardaşıma dik duruşuna görə təşəkkür edirəm”. Bu gün iki qardaş ölkənin bir mövqedə olması mütləqdir. Bu, müəyyən qüvvələri narahat etsə belə, bir mərkəzdə durmağımız bizim strateji - siyasi maraqlarımızın tələbidir. 

Qeyd: Qardaş Türkiyənin “Zeytundalı”(“Zeytun budağı”) əməliyyatı fonunda öz feysbuk hesabımda bəzi paylaşımlarımdan narahat olan insanlar var. Bir-iki nadanın şəxsi mesaj yerinə nalayiq sözlər yazması göstərir ki, türk ordusunun terror hədəflərini dəqiq vurduğu kimi, bizim fikirlərimiz düz nöqtəyə dəyir. Sınır və sinirlərinə hakim ola bilmirlər.

Elnur Eltürk








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений