Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Turistlər çoxalsa da: Dollar "yerində sayacaq"



Ramazan ayı bitən kimi Azərbaycana turist axını yenidən başlayıb. Ötən il olduğu kimi bu yay mövsümü də xeyli turistlər Bakı və Azərbaycanın digər bölgələrinə axın edir. Təbii ki, ölkəmizə turistlərin gəlməsi bütün mənalarda müsbət haldır. 

Ekspertlər hesab edir ki, turst axını bir sıra aspektlərdən Azərbaycana xeyir verir. Bu ölkəmizə valyuta daxil olması ilə yanaşı, həm də Azərbaycanda yeni iş yerlərinin fəaliyyətə başlaması deməkdir. Nəzərə alsaq ki, turistlər tək Bakıya deyil, eyni zamanda bölgələrə də səfər edir, onda belə aydın olur ki, bu vasitə ilə rayon sakinləri də dolanır. Restoranlar, maqazinlər də turistlərin gəlməsindən yararlanır, özlərinin məhusllarını satırlar. Bütün aspektlərdən baxanda bu hal ümumilikdə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edir. Bir çoxları isə xarici ölkələrdən turistlərin gəlişinin çoxalmasını məzənnəyə də təsirsiz ötüşməyəcəyini iddia edir. Onlar hesab edir ki, turistlərin özləri ilə Azərbaycana gətirdiyi dollarları burda xərcləyir ki, bu da istər-istəməz pul kütləsinin artımına səbəb olur. Dolların çoxalması isə məzənnəyə təsir edir və nəticədə onun ucuzlaşmasına şərait yaradır. 

Bu fikirlə razılaşmayan iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirdi ki, xarici ölkələrdən Azərbaycana turistlərin gəlişinin məzənnəyə heç bir təsiri yoxdur. O, qeyd etdi ki, buna baxmayaraq turistlərin gəlişinin iqtisadiyyatımıza çox ciddi müsbət təsirləri olacaq: 

"Turist gəlişi ilə Azərbaycanda dolların məzənnəsində hər hansı dəyişikliyin olacağını düşünməyi məntiqli hesab etmirəm. Xarici ölkələrdən Azərbaycana gələn tursitlərin hələlik xüsusi çəkisi o səviyyədə deyil. Həm də onların gətirdiyi vəsait bir başa büdcəyə axın etmir. Hələki turistlərin gəlişi yalnız iqtisadiyyatımızın ayrı-ayrı sahələrini, o cümlədən iaşə obyektləri, otel biznesində özünü göstərir. Yəni turistlərin gəlişi ilə ən azından sadladığımız sahələr işləyir. O, işləyən sektorlar da ən azından vergi ödəyicisi kimi sağlam fəaliyyət göstərir".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений