Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tünzalənin “Bəhanə gəzirəm”inin remake varinatı - AUDİO



Əməkdar artist Tünzalə Ağayeva dinləyicilərinin ixtiyarına son sinqlı olan “Bəhanə gəzirəm” mahnısınin "remake" variantını təqdim edib.

Cebhe.info xəbər verir ki, müğənni "remake" variantı dinləyicilərin istəyi ilə etdiyini deyib.

“İki həftə bundan öncə tamaşaçılarıma sözləri MiriBəhruz Abbaszadəyə aid olan “Bəhanə gəzirəm” adlı mahnımı təqdim etmişdim. Çıxdığı gündən mahnı çox sevildi və populyarlaşdı. Pərəstişkarlarım tərəfdən müxtəlif məktublar, video paylaşımlar alıram, mahnının remake versiyasını istəyənlərdə həddindən artıq çox oldu, buna görə də mə və komandam belə qərara gədik ki dinləyicilərimə bele bir sürpriz edək. Artıq bu gündən “Bəhanə gəzirəm”in yeni versiyasını dinləyəb rəqs edə bilərsiniz”.

Məlumat üçün bildirək ki, musiqisi Tünzalə Ağayevaya, sözləri MiriBəhruz Abbaszadəyə aid olan mahnının remake versiyası DjEmin Karimə aiddir.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений