Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Trampın prezident seçildiyini öyrənib şoka düşdü



2012-ci ildə Əfqanıstanda "Taliban"a bağlı bir təşkilat tərəfindən qaçırılan və 5 il əsirlik həyatın yaşayan Coşua Boyle və həyat yoldaşı Kaitlin Koleman bir neçə gün əvvəl azad edilib.

"Qaynarinfo" xəbər verir ki, cütlük 5 il müddətində dünyada baş verənlərdən xəbərsiz yaşayıb. Onlara bu müddətdə heç bir informasiya verilməyib.

Onlar azadlığa çıxdıqdan sonra baş verdiyini öyrəndikləri bir çox hadisədən şoka düşüblər. Bunlardan biri Donald Trumpın ABŞ prezidenti seçilməsi olub.

"Taliban" tərəfindən bir videonun çəkilməsi zamanı terrorçulardan biri Coşua Boyleyə Trampın prezident seçildiyini deyib: "Onun ciddi olduğu ağlımın ucundan belə keçməmişdi. Amma geri dönüb bunun həqiqət olduğunu eşidəndə təəccübləndim".

Qeyd edək ki, Kanada əilli ABŞ vətəndaşı Coşua Boyle və amerikalı həyat yoldaşı Kaitlin Koleman iki uşağı ilə birlikdə 2012-ci ildə Orta Asiyaya səyahətə çıxıb. Onlar Əfqanıstanda gəzərkən "Taliban" tərəfindən qaçırılıb. Kaitlin Koleman qaçırılan zaman hamilə imiş. Onların əsirlikdə daha iki uşağı doğulub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений