Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tramp Putinə zəng elədi



ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Virualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Trampın mətbuat katibi Sara Sanders açıqlama verib.

Onun sözlərinə görə,  ABŞ və Rusiya prezidentləri telefon danışığı zamanı Şimali Koreyadakı təhlükəli vəziyyəti müzakirə ediblər.

“Prezidentlər həmçinin Şimali Koreyada yaranmış çox təhlükəli vəziyyətin həlli istiqamətində birgə işi də müzakirə ediblər”, - deyə  Sara Sanders vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya və Çin Şimali Koreyanı nüvə sınaqlarına və raket atışlarına moratorium tətbiq etməyə çağırıb. ABŞ və Cənubi Koreyaya isə bölgədə təlimlərə son  qoyulmasına dair çağırış edilib. Vaşinqton bu təşəbbüsə əhəmiyyət verməyib. 

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilən danışıq zamanı təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений