Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tramp porno ulduza 130 min dollar ödəyib - Şok iddia



ABŞ Prezidenti Donald Tramp prezident seçkilərindən bir qədər əvvəl porno ulduz Stormi Danielsə susması üçün 130 min dollar pul ödəyib.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

Məlumata görə, uzun illər Trampın vəkili olmuş Maykl Kohen 2016-cı ilin oktyabrında Danielsin vəkili ilə görüşərək 130 min dollarlıq ödəniş barədə razılıq əldə edib.

Əsl adı Stefani Klifford olan porno ulduzun iddiasına görə, Trampla 2006-cı ilin yazında bir qolf müsabiqəsindən sonra görüşüblər. Tramp prezident seçildikdən sonra isə ona susması müqabilində pul təklif edib.

Qeyd edək ki, bir qədər əvvəl porno ulduz Cesika Dreyk Trampın onu zorla öpdüyünü bildirmişdi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений