Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tramp gecələmək üçün bu şəhərə gedir: Etirazçılar da onu gözləyir



Böyük Britaniyada ABŞ prezidenti Donald Tramp əleyhinə kütləvi aksiyalar keçiriləcək. Artıq hökumət bununla bağlı hazırlıq tədbirləri görür.

Cebhe.info xəbər verir ki, səbəb  Trampın NATO sammitindən sonra birbaşa Londona səfəridir.

Baxmayaraq ki, Ağ Ev rəhbəri Londonda ancaq gecələyəcək, ancaq bu, onun əleyhdarlarını aksiyadan çəkindirmir. Aksiyalarda 50 min nəfərin iştirakı gözlənilir.

Bu həftənin əvvəlində artıq aksiyaların ilk dalğası başlayıb. London meri parlament binası üzərində Trampın uşaqlıq dövrünü əks etdirən böyük şarın buraxılmasına razılıq verib.

Tramp isə Londonda olduğu müddətdə baş nazir Tereza Meylə görüşəcək və həmçinin kraliça ilə görüş planlaşdırılıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений