Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Toyuq dönəri qadağandır: Bəs niyə satılır?



Azərbaycanda 2006-cı ildən etibarən toyuq dönəri qadağan edilib. Ancaq hər il toyuq dönəri satan yerlərin sayı durmadan artmaqdadır. İnsanların da əksəriyyəti toyuq dönəri yeyirlər. Bunun isə səbəbi onun ət dönərindən ucuz olmasıdır. Maraqlıdır, qadağa qüvvədədirsə və aradan qalxmayıbsa, nə üçün buna nəzarət edilmir? 

Cebhe.info-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, toyuq dönərinin mənşəyi bəlli olduğu üçün satılmasının tərəfdarıdır:

“Biz 2 il bundan əvvəl Oqtay Şirəliyevə məktub yazdıq ki, bu yalançı, mənasız qadağanın aradan qaldırılsın. Ondan sonra biz monitorinqlər apardıq və təxminən dönərxanaların 90 faizində toyuq dönəri satıldığının şahidi olduq. Buna görə də deyirik ki, bu satılırsa qadağa aradan qaldırılmalıdır. Həm də bu qadağa aradan qaldırılmaqla, dövlətin qanunları, sərəncamları ayaq altına düşməyəcək”.

E.Hüseynov dönərlərin hazırlanma prosesindən də danışıb:

“Əslində toyuq dönərləri dönərxanalarda hazırlanmalı deyil. Bunu qanunla hazırlayan, şişə taxan, onları -4o dərəcədə dondurmadan keçirən, skoça keçirən, öz maşınlarında dönərxanalara çatdıran 2 şirkət mövcuddur. Bunlardan biri “Səhliyalı MMC”, digəri isə “AzProtein Foods Group” şirkətidir. Ancaq onlara icazə verilib ki, toyuq dönəri hazırlansın. Bunlardan başqa standartlara uyğun olmayan toyuq ətləri qadağan edilməlidir, çünki toyuq ətləri tez çirklənəndir. Bizim tədqiqatımız göstərir ki, Bakıda olan 15000-dən çox dönərxanadan, ancaq 100-ü qanuni hazırlanmış yerlərdən dönər alır. Qalanları isə sağlamlığa zərər yetirən dönərlər satırlar. Bunlar ət dönərlərinə də aiddir”.

AİB sədri həmçinin bir ay qabaq bu işlərə nəzarət etməyə çalışdıqlarını da bildirib:

“Maraqlı qüvvələr bu səbəbdən bizə təzyiqlər elədilər və bu işin getməsinə mane oldular. Həmin qüvvələr üzə çıxmadı. Onlar kameranı və s. qırmışdılar. Biz tələb edirik ki, bu işlərə son qoyulsun. Bu birbaşa insanların sağlamlığına ziyandır. 

Sədr Qida Təhlükəsizliyi agentliyini birlikdə əməkdaşlığa da çağırıb:

“Çox təəssüflər olsun ki, onlar bizimlə rasional şəkildə əməkdaşlıq etmir. Biz onları əməkdaşlığa çağırırıq və onlara təmənnasız kömək etmək istəyirik”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений