Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tillersonun sonunu gətirən düşmənçilik - SƏBƏB BAŞQADIR



Dünya ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifədən azad etməsi barədə xəbəri müzakirə edir. Tillersonun bu vəzifəni tərk edəcəyi versiyası hələ aylar əvvəldən ortaya atılsa da, proses xeyli müddət çəkib. 

Tramp Tillersonun vəzifəsindən azad etməsini onunla bəzi məsələlərdə, xüsusilə də İranla bağlı məsələdə ortaq mövqedə olmaması ilə izah edib. Ancaq iddialara görə, səbəb İran məsələsi yox, Böyük Britaniyada zəhərlənən rusiyalı casus Sergey Skripal və qızı ilə bağlıdır.
 
Belə ki, Böyük Britaniya baş naziri Tereza Mey təhlükəsizlik orqanları rəhbərlərilə müşavirəsindən sonra hadisədə Rusiyani ittiham etmişdi. İttiham daha sonra ABŞ tərəfindən Reks Tillerson səviyyəsində təkrarlanmışdı. ABŞ mətbuatının yazdığına görə, məhz bu məsələdə Tramp Tillersonla razılaşmayıb və onu dərhal vəzifəsindən azad edib. Mətbuat bu iddianı onunla əsaslandırır ki, əgər səbəb İran olsaydı, Tramp qərarını bu aylar ərzində verərdi. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений