Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tiflis yenidən "qızılgül inqilab"ına gedir: Bu dəfə payızda



“Gürcüstanın baş naziri Georgi Krikaşvilinin vəzifədən istefa verməsi mitinqçilərin istəyi ilə deyil oliqarx Bidzina İvanaşvilinin istəyi ilə baş verib. Krikaşvilinin yeni bir gənc kadrla əvəzlənəcəyini düşünürəm. Onsuz da hökumətin başına kim keçir keçsin real hakimiyyət İvanaşvilinin əlindədir”.

Cebhe.info xəbər verir ki, bunu Qərbi-Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə İvanaşvili aksiyaları payıza qədər sakit saxlamaq niyyətindədir: 

“Payızda Gürcüstanda növbəti prezident seçkiləri olacaq. Hər nə qədər iqdidarın nüfuzu aşağı düşsə də o, hələki seçkilərdə qalib gəlmək şansını əlində saxlaya bilir. Mitinqlərin gələcəyi ilə bağlı isə qeyri-müəyyənlik hökm sürür. Mitinqlərdə hazırda əsas liderlik ''Ağ-Səs Küy'' adlı siyasi hərakatın lideri Beka Çekaraşvilinin əlindədi. Onun qüvvələri ilə keçmiş prezident Mikayıl Sakaşvilinin partiyası birlikdə hərəkət edərsə İvanaşvilini hakimiyyətdən sala bilərlər. Əks halda vəziyyət qəliz olacaq. Ancaq görünən budur ki, nə Çekaraşvili, nə də Sakaşvili bu işə hələki yanaşmır. Zənnimcə, yaxın gələcəkdə Gürcüstanda müxalifətin böyük kualisyası baş tutacaq. Əgər bu birlik yaranarsa, payızda Tiflisdə 15 il qabaqkı ''Qızılgül İnqlabı'' yenidən gərçəkləşə bilər”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений