Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ticarət müharibəsində ikinci addım: BU GÜNDƏN BAŞLADI



Avropa Birliyi ABŞ-ın  elan etdiyi ticarət müharibəsinə qarşı cavab tədbirləri qüvvəyə minib. Belə ki, bu ölkələrdən gələn alüminium və polada ABŞ tərəfinin tətbiq etdiyi gömrük rüsumuna cavab olaraq AB də müvafiq addımlar atıb. 

Cebhe.info xəbər verir ki, ABŞ-dan gətirilən və dəyəri 3 milyard dollar olan məhsullara rüsum tətbiq ediləcək. Bu qərar hələlik ABŞ-a cavab olaraq atılan ilk addımdr.

Avropa Birliyi ölkələrinin rüsum tətbiq edəcəyi ABŞ məhsulları siyahısına kənd təsərrüfatı malları, düyü, apelsin şirəsi, viski, tütün məmulatları, bəzi geyim əşyaları daxildir.
Yeni rüsumlar ABŞ-ın öz qərarından geri çəkildiyi zamana qədər tətbiq ediləcək.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений