Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tibbi sığorta ölümləri azaldacaq? - Deputat ümid etmir



Son bir neçə ilin statistikasına görə, ölkədə ürək, qan-damar xəstəliklərindən dünyasını dəyişənlərin sayının çox olduğunu göstərir. Həmçinin diabet və bu kimi digər xəstəliklər də əhali arasında geniş yayılıb. 

Maraqlıdır, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi əhalinin xəstələnməsi və ölüm hallarının azalmasında nə dərəcədə təsiredici amildir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:

“İcbari tibbi sığortannı tətbiqi ilə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsi, vətəndaşların tibbi xidmətdən yararlanması əlçatan olacaq. Müəssisələr, mütəxəssislər arasında sağlam rəqabət artacaq. Müayinə və müalicə üçün xərclədiyi vəsaitə qənaət olunacaq”. 

M.Quliyevin sözlrəinə görə xəstələnmə və ölümlərin sayının icbari tibbi sığorta ilə heç bir bağlılığı yoxdur: 

“Sadəcə olaraq icbari tibbi sığorta məsələsi bu faktorların azaldılmasına xidmət edəcək vasitələrdən biridir. Insanların ölüm və xəstələnməsinə təsir edən amillər çoxdur. Ekoloji sağlamlıq, profilaktik müayinələr, keyfiyyətli qidalanma və keyfiyyətli  dərman təminatının da bu faktorlara təsiri var. Irsi genetik xəstəliklərin aradan qaldırılması da vacibdir. İcbari tibbi sığorta bütün dərdlərimizin əlacı deyil. Bu sadəcə tibb xidmətlərinin maliyyələşdirilməsinin mütərrəqi metodundan savayı bir şey deyil.Düşünmürəm ki, ölüm halalrı və xəstəliklərin sayının azalması üçün icbari tibbi sığorta güclü vasitədir. Bütün amillər kompleks şəkildə həll olunmalıdır”. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений