Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tərtər sakinləri susuzluqdan əziyyət çəkir - FOTOLAR



Tərtərin Ağkənd kəndinin sakinləri suvarma suyunun olmadığından əziyyət çəkir. Sakinlərə məxsus əkin sahələrində becərilən məsullar susuzluqdan yanaraq tələf olur.

Sakinlər bu barədə Cebhe.info-nun bölgə müxbirinə məlumat verib. Ərazidə olan real vəziyyətin isə aidiyyəti qurumlardan asılı və aslı olmayan tərəfləri var. Belə ki, sözügedən ərazilər əsasən suvarma suyunu Tərtər çayından götürürlər. Lakin çayın qarşısı işğalçı Ermənistan ordusu tərəfindən kəsilir. Əsasən əkin mövsümü olmayan zamanlarda suyun qarşısını açırlar ki, bu da sakinlərə maneələr yaradır.

Bundan başqa, kənddə cəmi bir artezian quyusu var. Həmin quyudan gün ərzində cəmi 20 dəqiqə istifadə edilir.

Sakinlər yaranmış vəziyyətlə bağlı rayon iIcra hakimiyyətinə müraciət etdiklərini deyirlər. Rəsmilər kənd ərazisində dekabr ayında cəmi bir artezian quyusunun qazılacağına vəd ediblər. Bu hal isə yenə əhalinin suvarma suyuna olan təlabatı ödəmir.

Sözügedən çətinlik insanlara külli miqdarda maddi ziyan vurmaqda davam edir.

Elgün Gəncimsoy, Tərtər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений