Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təlimçi olmaq istəyən təqaüdçülər üçün fürsət



Ötən il "Üçüncü Bahar" sosial layihəsi çərçivəsində Kapital Bank ASC-nin təşkilati dəstəyi ilə Bakı, İsmayıllı, Gəncə, Lənkəran şəhərlərində "Maliyyə Savadlığı" praktik təlim tədbirləri həyata keçirilib. 

Təlim zamanı 200 -ə yaxın təqaüdçüyə ATM, təqaüd kartlarından istifadə qaydası, onlayn ödənişlər və digər bu qəbil məsələlər geniş şəkildə izah edilib.

"Üçüncü Bahar" təşəbbüs qrupunun mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə təqaüdçülər arasında maliyyə savadlığının artırılması üçün "Üçüncü Bahar" tərəfindən silsilə tədbirlər davam edir:

“Bu dəfə təlimçilər təqaüdçülərin arasından seçiləcək. Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülər üçün peşəkarlar tərəfindən seminarlar təşkil olunacaq”. 

Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017-ci ilin fevral ayından etibarən  fəaliyyətə başlamışdır. Təşəbbüs qrupu təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir mərkəzdə toplamağı nəzərdə tutur. Təqaüdçüləri toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə bir sıra müxtəlif məzmunlu tədbirlər həyata keçirilmişdir. 

Təşəbbüs qrupunun fəaliyyəti nəticəsində il ərzində 30-dan çox müxtəlif məzmunlu tədbirlər təşkil edilmişdir. Hazırda təqaüdçü bazada 500-ə yaxın üzv var.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений