Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tələbələrə təhsil kreditinin verilməsi asanlaşdırılır



Azərbaycanda tələbələrə təhsil kreditinin verilməsinin asanlaşdırılması təklif edilir.

Cebhe.info Trend-ə istinadən məlumatına görə, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov komitənin bu gün keçirilən iclasında çıxış edib.

F.Muradov bildirib ki, Təhsil Nazirliyi tərəfindən yaradılan “Maarifçi” tələbə kredit fondundan bu günə qədər 118 tələbə təhsil krediti götürüb:

“Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq. Azərbaycanda Gənclər Fondu modeli də var. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Ya bununla bağlı xüsusi dövlət proqramı ola bilər, yaxud da “Maarifçi” tələbə kredit fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit verə bilsin”.

F.Muradov deputat həmkarlarına müraciət edib ki, bununla bağlı öz təkliflərini versinlər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений