Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tələbələrə sahibkarlıq sirləri öyrədilir



Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində növbəti təlim keçirilib. Palatanın mətbuat xidmətindən Cebhe.info-ya məlumat verilib.   

Təlimlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “4.3. Sahibkar düşüncə tərzinin təşviqi” prioriteti çərçivəsində  "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim və təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirilərək sözügedən mövzular ətrafında tələbələrlə fikir mübadiləsi aparılıb.

Təqdimatlardan sonra turizm sektorunda fəaliyyət göstərən iki nəfər sahibkar sahibkarlıq fəaliyyətinin əhəmiyyəti və sahibkarlıq ruhunun formalaşması, biznes sahibi olmaq üçün zəruri addımların atılması barədə tələbələrlə təcrübələri ilə bölüşüblər.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений