Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tapşırıqla hədəfləri unudan “Azərsu” və “Azərenerji”: 2 günün müşahidəsi - FOTOFAKT 



“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib. Layihə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və müxtəlif məqsədləri qarşısına qoyub.

Cebhe.info xəbər verir ki, bir çox qurumlar e-hökumətlə bağlı tapşırıq və hədəfləri unudub. Bunlardan biri də elə “Azərsu” ASC-dir. Dövlət orqanının saytı əslində internet üzərindən operativ olaraq əhalini məlumatlandırmalıdır. Bu məlumatlarda son günlər yaranan əhalinin su təmnatındakı  problem,  şəhər və rayonlarda suyun bərpasının hansı saat və tarixdə keçirilməsi  qrafiki yayınlanmalıdır. Ancaq saytda olan xəbərlərdə hadisə baş verən dövrdə bir məlumat belə yayılmayıb. Mövzu ilə əlaqədar olaraq “Azərsu” ASC Mətbuat Xidmətinin rəhbəri olan Anar Cəbrayıllı ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, dəstəyimizi götürmədi. 

Qeyd edək ki, “Azərenerji” ASC iyul ayının 3-də baş verən hadisəylə əlaqədar şəhər və rayonlarda elektrik enerjisinin kəsilməsi ilə bağlı saytına cəmi 2 məlumat yerləşdirib. Ancaq şəhər və rayonlara elektrik enerjisinin verilişinin bərpası ilə bağlı heç bir məlumat yoxdur. 

Ümumiyyətlə, ölkənin 2 gün ərzində üzləşdiyi ciddi problemə sözügedən dövlət qurumlarının biganə münasibəti, əhalini doğru məlumatlandırmaq üçün heç bir fəaliyyət göstərilməməsi xüsusilə sosial şəbəkələrdə bəzi hallarda hətta təxribat xarakterli xəbərlərin yayılmasına şərait yaradıb.

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений