Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tanınmış şairə mərhum bəstəkardan yazdı: “İllər ötəcək, zaman keçəcək, amma...”



Tanınmış şairə Zenfira Əlişqızı mərhum bəstəkar Tahir Əkbərdən danışıb.

Cebhe.info xəbər verir ki, Z.Əlişqızı ilk sözlərinə Tahir Əkbər müsiqi yazdığı üçün özünü şanslı hiss etdiyini deyib:

“Mən şanslı biriyəm desəm, yəqin ki, məni qınamazsınız. Çünki mənim sözlərimə aid ilk mahnını udulmaz, öz əsərləri ilə yaddaşlardan qalan bəstəkar Tahir Əkbər yazıb. 1990-cı ildə şəhid olan insanların ildönümünə həsr etdik bu əsəri. Ruhun şad olsun əziz insan. Gec-tez hər şey yerini alacaq. Allah gec edər, güc edər. Sağlığında fəxri titulların olmasa da, insanlar səni heç vaxt unutmayacaq, çünki istedadlı insanlar Allah tərəfindən seçilir”.

Şairə xanım sənətkarların udulmayacağını, yazdıqları, yaratdıqları ilə yaşayacaqlarını vurğulayıb: “İllər ötəcək, zaman keçəcək, amma inanıram ki, biz bu dünyada olmayanda da yaratdıqlarımız bizi yaşadacaq. Bu xalqa, bu millətə, mədəniyyətimizə, musiqimizə verdiyimiz töhfələr bizi unudulmağa qoymayacaq. 

Bu mahnının ilk ifaçıları Tacir Şahmalıoğlu ilə Səbinə xanım olub, amma bu əsərin yenidən lentə alınmasını düşünürəm. Məkanın cənnət, ruhun şad olsun. Harda dəfn olmağından aslı olmayaraq bir kimsə arxanca nə pis söz dedi, nə də bəziləri kimi lazımsız ifadələr işlədilmədi. Bax, qazancımız budur. Onsuz da heç kim, bu dünyadan mal dövlət aparmayıb”. 

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений