Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tağıyev Sultanla görüşüb? - Məşhur filmdəki suala CAVAB



Türkiyədə mövcud iqdidarın sifarişi ilə gərçək tarixi həqiqətləri əks etdirdildiyi iddia edilən “Paytaxt Abdülhamid serialının 51-ci bölümündə Azərbaycana da yer verilib. Həmin səhnədə məşhur xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin Osmanlı sultanı Əbdülhamid xanla görüşü təsvir edilib.

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Zeynal Amralıyev məsələ ilə bağlı qeyd edib ki, Əbdülhamidlə Tağıyev arasında bir əlaqə olub. Ancaq onların nə vaxtsa görüşməsi uydurmadır:

“Bu iki böyük şəxsiyyətin əlaqələri barədə Nağı bəy Şeyxzamanlı öz xatirələrində kifayət qədər məlumat yerləşdirib. Filmdə nümayiş etdirilən görüş səhnəsində Hacının sultandan yardım istəməsi səhnəsinə gəlincə, deyim ki, İttihad və Tərəqqinin hakimiyyəti zamanı Balkan müharibəsi üçün Tağıyev Osmanlılara xeyli əvəzsiz yardım göstərib. Bu barədə məlumat Osmanlı arxiv sənədlərində olmamış olmaz. Qaldı “Qurani-Kərim”in hədiyyə verilməsi səhnəsinə bildiyimiz kimi müqəddəs kitabımızı türkcəyə məhz Tağıyev tərcümə elətdirib. Bunun bir nüsxəsini sultana göndərib. Bu cür filmələrə baxıb tarixdən danışan əzizlərim tarix filmlərlə deyil mənbələrlə öyrənilir” deyə politoloq vurğulayıb.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений