Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sürücülərin nəzərinə: Bu küçədə təmir başa çatdı



Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub.

Cebhe.info xəbər verir ki, təmir işləri “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə və texnoloji  aradıcıllığa riayət olunmaqla aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.
 
Uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir.
 
Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min m2 ərazisinə yeni asfalt-beton örtüyü döşənib.
 
Bundan başqa küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülüb. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzülüb.
 
Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulub, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılıb.
 
Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.
 
Təmir-tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.  

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений