Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sürücülərin nəzərinə - Bu yolda hərəkət bərpa olunur



Binəqədi şossesində bu gecədən etibarən hərəkət bərpa olunur. 

Bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk hesabında məlumat yayıb.
 
Qurum rəsmisi qeyd edib ki, şosse boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb:

“Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений