Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Suriyada partlayış olub: 5 mülki sakin ölüb, 35 nəfər yaralanıb



Suriyanın İdlib əyalətində bomba partladılması nəticəsində 5 mülki sakin ölüb, 35 nəfər  yaralanıb.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu İdlib əyaləti mülki müdafiə cəmiyyətinin sədri Məhəmməd Hac Yusuf bildirib.

Onun sözlərinə görə, əyalətin qərb tərəfdən girişində Qızıl Ay Cəmiyyətinin qərargahı yerləşən küçədə bir motosklet və bir neçə avtomobilə yerləşdirilibmiş bombalar bir-birinin ardınca partlayıb.

Məhəmməd Hac Yusuf deyib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ətrafdakı binalara və avtomobillərə zərər dəyib.

Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений