Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Sumqayıtda Hindistan yollarına bənzədilən küçə - Şikayət edilsə də, baxan yoxdur - VİDEO



Bakının çox yerində yeraltı, yürüstü keçidlər var. Hətta, bəzi ucqar rayonlarda belə  bu cür keçidlər mövcuddur. Təəssüf ki, əhalisinə görə ölkənin ikinci böyük şəhəri olan Sumqayıt sakinləri bu imkanlardan yararlana bilmir. 

Sakinlərin Cebhe.info-ya ünvanladığı şikayətə görə Sumqayıtda müəyyən abadlıq işləri aparılsa da, yollarda təhlükəsizliyin qorunması istiqamətində əsaslı tədbirlər görülmür. Onların sözlərinə görə,  bu cür təhlükəli küçələrdən Ü.Hacıbəyovla Niyazi küçəsinin kəsişməsində olan Babək küçəsidir. Bu küçə Sumqayıtın ən təhlükəli avtomobil yolu hesab olunur.

Şikayətçilərin sözlərinə görə, Sumqayıtda bir sıra yerlərdə işıqforlar yenilənib, piyadaların həyatı üçün təhlükə yaradan avtomobil yollarına işıqforlar quraşdırılıb, ancaq adıçəkilən küçə ilə bağlı heç bir addım atılmayıb:

“Bir neçə il əvvəl, bu küçə sakit küçə sayıla bilərdi. Lakin əhalinin sayı artdığından, nəqliyyat vasitələrinin sayı da anoloji olaraq çoxaldığından bu yol sumqayıtlıların qorxulu kabusuna çevrilib. Keçən il bu yolun "Qayalı" marketin yaxınlığındakı hissəsində avtomobil yolunda baş vermiş qəza nəticəsində yoldan keçən 2 piyadanı maşın vuraraq, ölümcül yaralamışdı. "Hiper" marketin yaxınlığında isə  avtobusun vuraraq, üzərindən keçdiyi qız möcüzə nəticəsində sağ qalmışdı. 2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Bu hadisələrin videoları da internetə yerləşdirilib. Bu kimi hadisələr əslində bu küçədə daha çox olub. Lakin bəziləri qeydə alınmayıb və mətbuatda yayımlanmayıb”.

Sakinlərin sözlərinə görə çox da böyük olmayan bu küçə (uzunluğu təxminən 900 m) qəza baxımdan təhlükəlidir. Sakinlər bu  küçəni Hindistanın yollarına bənzədir:

“Ələlxüsus axşamlar, pik vaxtlarda burada maşınların intensiv hərəkəti, alıcıların isə böyük ticarət mərkəzində alış-veriş edilən vaxt bu küçə real təhlükə mənbəyi olur. Küçədə mövcud olan piyada keçidləri isə təhlükəsizliyi təmin etməyə kifayət etmir. Şəhərin büdcəsinə dövlət tərəfindən  hər il milyonlarla pul ayrılmasına baxmayaraq, piyada keçidlərinin rəngi gedib, heç görsənmir, amma 5-10 manat ayırıb “zebra”ları ağartmırlar. Şəhərdəki bütün “zebra”ların vaxtı-vaxtında rənglənməsi üçün mütləq dövlət başçısı gəlməməlidir ki?! Çox vaxt “zebra”lar hansısa böyük tədbir keçiriləndə və tədbirin keçirildiyi yerlərdə ağardılır. Halbuki onların normal ağardılması nə qədər insanın həyatını xilas edə bilər. "Hiper", həm də "Qayalı" marketin qarşısında yolu təhlükəsiz keçmək üçün piyada keçidi – “zebra” var. Lakin sürücülərin çoxu qaydaları pozaraq, piyadalara yol vermir. Əlbəttə, piyadaların ehtiyasızlığı da qəzalara az şərait yaratmır,amma problemi insanların öhdəsinə buraxmaqdansa, daha düzgün olardı ki, ya küçənin Ü.Hacıbəyov küçəsi ilə kəsişən hissəsində işıqfor quraşdırardılar, ya da daha yaxşı olardı yeraltı, yerüstü keçid.”

Şikayətçilər tələb edir ki, piyada keçidlərinin yanına Dövlət Yol Polisi kameralar quraşdıra bilər və heç olmasa, cərimələrdən çəkinən maşın sahibləri piyadalara yol verər:

“Ümumiyyətlə, Sumqayıt infrastruktur baxımından çox kasıbdır. Bu şəhərdə bir dənə yeraltı keçid var. O keçid isə Sumqayıtın dəmir yolu stansiyasında,şəhərin kənarında  inşa edilib. Bu keçid sərnişinlərin bir estakadadan başqasına təhlükəsiz şəkildə keçməsi üçündür. Amma şəhərin mərkəzi yerlərində Sülh və ya Nərimanov küçəsində və ya Heydər Əliyev prospektində əhalinin gur olduğu, avtomobillərin isə intensiv hərəkət etdiyi yerlərdə yeraltı keçid quraşdırmağın vaxtı çoxdan çatıb. Keçmiş icra başçısının vaxtında şəhərin Sülh küçəsində və Kimyaçılar meydanından Heydər Əliyev parkına olan istiqamətdə 2 yeraltı keçidin inşa olunması nəzərdə tutulurdu, amma icra başçısı da dəyişdi keçid zad olmadı. Bir ara deyirdilər nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ikitərəfli yolda Koroğlu prospektində yersütü keçid quraşdıracaqlar. Küçənin hər iki tərəfində düz yolulun kənarında  iri ticarət mərkəzlərinin - “Qayalı", "Hiper", yanacaqdoldurma stansiyasıyalarının , “Green House”, ”Xəlifə”,  Şadlıq Sarayı, ”Şərq” Ticarət Mərkəzi, “Brand House” geyim mərkəzinin, çoxsaylı dükanların, kafelərin, çayxanaların, dövlət idarələrinin yaşayış binalarının, dayanacaqların, marşrutların çoxluğu da təbii ki, ərazini gedişli-gəlişli edir və piyada keçidləri, yolun digər o qədər intensiv olmayan başında (Nizami küçəsi ilə kəsişən hissəsində) yerdə işıqfor quraşdırılıb. Belə çıxır yolu təhlükəsiz keçmək üçün əgər bir başından mütləq 1 km yol getmək lazımdır, ya da avtobusa minib düşmək lazımdır”.

Yolun 10-cu mikrorayon ərazisində isə piydalar üçün ümumiyyətlə yol yoxdur, obyektlər zəbt edib piyadaların gedə biləcəyi yeri. Bu səbəbdən piyadalar bu hissədən maşın yolu ilə maşınlarla bir getməli olurlar.

Yeni dərs ilinin başlanmasına sayılı günlərin qalması sakinlərdə vahimə yaradır:

“Bu yol məktəblilər üçün  də təhlükə mənbəyinə çevriləcək. Bu məsələ əslində dəfələrlə ölkə mətbuatında işıqlandırılıb, amma nə Sumqayıt icra hakimiyyəti, nə də aidiyyatı orqanlar indiyəcən nə ciddi bir tədbir görüblər və belə görünür ki, heç bu yazıdan sonra da görən deyillər. Əlac qalacaq onda daha yüksək instansiyalara müraciət etmək. Çünki bir çox yerli məmurların insanların təhlükəsizliyi görünür qətiyyən maraqlandırmır. Ən azından sadaladığımız obyekt sahibləri bu barədə özləri  tədbir görməyə çalışmalıdır. Əlbəttə, Sumqayıtda bundan da vacib problemlər var, amma razılaşın ki, söhbət insan həyatından gedirsə, bu əhəmiyyətsiz məsələ sayıla bilməz. Bu yaxınlarda - iyulun 31-də Sumqayıtda 5 yaş yaşlı uşağı küçə iti parçalamışdı, yazıq uşaq bir neçə gündən sonra ölmüşdü və bundan sonra şəhər rəsmiləri sahibsiz itlərə qarşı tədbir görmüşdülər. Amma bundan əvvəl sakinlər tərəfindən yüzlərlə şikayət olurdu küçə itlərindən. İndi belə çıxır bu yolda da Allah eləməsin 10-larla adam ölməlidir ki, aidiyyatı qurumlar hərəkətə keçsin?!”.

Nigar Məhərrəm

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений