Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sumqayıtda AXC-nin 100 illiyi – FOTOLAR



Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sumqayıtda "Canlanır hər qarış çöl Sumqayıtda” adlı plener (açıq səma altında etüd) baş tutub. 

Cebhe.info-ya məlumat verən Sumqayıt Regional Mədəniyyət İdarəsinin mətbuat xidməti bildirib ki, plenerin keçirilməsində məqsəd Sumqayıtda son illər görülən tikinti, abadlıq, quruculuq işlərini, gənc rəssamlar tərəfindən rəsm əsərlərində əks etdirmək, şəhərimizi təbliğ etməkdir.

Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və istirahət parkı, Bayraq Meydanı, Sumqayıt Dövlət Dram Teatrı, Heydər Əliyev Mərkəzi, Sumqayıt şəhər Bulvarını və s. əhatə edən plenerdə Sumqayıt şəhər Bülbül, S.Rüstəmov və Ə.Bakıxanov adına uşaq incəsənət məktəblərinin şagirdləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, plenerdə çəkilən əsərlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sumqayıt Dövlət Rəsm Qalereyasında keçiriləcək Art festivalda nümayiş olunacaq və qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений