Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Stokholmda Azərbaycan-İsveç Dram və Teatr Dərnəyi fəaliyyətə başlayıb



İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaqlar və yeniyetmələr üçün “Tumurcuq” Azərbaycan-İsveç Dram və Teatr Dərnəyi fəaliyyətə başlayıb.

Bu barədə məlumatı cebhe.info-ya diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib: "Dərnəyə 6 yaşından yuxarı uşaqlar üzv ola bilərlər. Məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini qorumaq və gələcək nəsillərə ötürmək, həmçinin yaşatmaqdır. Dərnək İsveçdə yaşayan həmvətənlillərdən dəstək gözləyir.

Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir. Teatrın musiqi bölməsinə İsveçdə yaşayan pianinoçu Vüsalə Bağırova rəhbərlik edəcək. Teatrda Azərbaycan ədəbi əsərləri səhnələşdiriləcək. Teatr Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb. Teatrın loqosunu isə Serdar Yayqın hazırlayıb".

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений