Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sosial şəbəkələrdəki ən böyük TƏHLÜKƏ: Ondan necə qorunaq?



Hər keçən gün həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. Heç kimə sir deyil ki, insanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video-çarxlara baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və sair məqsədlər üçün istifadə edirlər.

Sosial şəbəkələrin üzvləri arasında adi vətəndaşlarla yanaşı, məşhur insanlar, yüksək vəzifəli dövlət məmurları, hətta prezidentlərin belə olması hamımıza məlumdur. 

Məlumat üçün bildirək ki, ilk sosial şəbəkələr 90-cı illərin ortalarında meydana çıxıb. Bu “Classmates” idi; 1999-cı ildə yaradılan “Livejournal” çox populyar olub; 2003-cü ildə “MySpace”, bir il sonra yaradılan “Facebook” və 2006-cı ildə Rusiya yaradılan “Odnoklassniki” və “V kontakte” də fəaliyyətə başlayıb. Yeni yaradılan sosial şəbəkələrin sayı isə durmadan artır. Sosial şəbəkələr arasında ən məşhuru “Facebook”dur. Azərbaycanda 2,5 milyon nəfər insan bu şəbəkədə qeydiyyatdan keçib.

Məlumdur ki, sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəflərdən biri sosial şəbəkələrin insanların bir-biri ilə ünsiyyətlərini davam etdirib əlaqələrini saxlamasıdır. Ünsiyyətə ehtiyacı olanlar, özünü tənha hiss edənlər, eləcə də hər hansı bir səbəbdən cəmiyyət içinə çıxa bilməyənlər öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin edirlər. Yaxud da müəyyən depressiyada olan insanlar özlərinə tanışlar tapıb, ovqatlarını yüksəldirlər.

Bir başqa müsbət məqam budur ki, bu sosial şəbəkələrdə canlı cəmiyyətlər yaranır. Kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar. Belə klublar istifadəçilərin  həm də öz peşəkar biliklərinin artırılmasında da böyük rol oynayır. Burada insanlar ən müxtəlif sahələrdə öz biliklərini bölüşürlər.

Mənfi tərəflərə gəlincə, sosial şəbəkələrin istifadəçilərinin kibercinayətkarların potensial qurbanına çevrilməsi ilə bağlıdır. Belə ki, şəbəkədə özləri haqqında ətraflı məlumat yerləşdirmələri onların asanlıqla internet cinayətkarlarının toruna düşməsinə səbəb ola bilər. Xarici ekspertlərinin fikrincə, ev ünvanının yazılması, ailə üzvləri haqqında məlumatların yerləşdirilməsi və şəkillərin təqdim edilməsi, hətta doğum tarixinin tam verilməsi cinayətə ciddi əsas verir. 

Sosial şəbəkələrin daha bir təhlükəli və mənfi cəhəti isə ondan ibarətdir ki, bəzi sosial şəbəkələr insanların şəxsi məlumatlarının asanlıqla yayılmasına və ya əldə edilməsinə səbəb olur. Belə ki, bir sıra kəşfiyyat və təhlükəsizlik qurumları var ki, belə şəbəkələr vasitəsilə insanların şəxsi məlumatlarına göz gəzdirirlər. Yəni bəzən sosial şəbəkələr insanları nəzarət altında saxlamaq üçün bir növ vasitəyə çevrilir. Onların virtual məkanda kimlərlə dostluq etməsinə, kimlərlə nə haqqında yazışmasına və digər şəxsi informasiyalara da nəzarət olunur.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlu bizimlə söhətində bildirib ki, istənilən sosial şəbəkədə təhlükə mövcuddur. Sadəcə olaraq, istifadə olunan sosial şəbəkənin yaratdığı imkanlardan tam şəkildə istifadə edib, istifadəçi öz şəxsi kabinetini, şəxsi hesabını təhlükəsizliyini təmin etməlidir.  Artıq sosial şəbəkələrdə bu imkanlar getdikcə təkmilləşir. Mobil nömrələrin qeydiyyatı, sizing şəxsi kabinetinizə girən zaman, anında xəbərdarlıq edir, bu da size belə demək mümkünsə, təhlükədən qoruyur. Amma bir daha təkrar edirəm ki, istənilən sosial şəbəkədə təhlükə mövcuddur, bunun qarşını tam almaq mümkün deyil.

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений