Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Son zəng" günü şagirdlər arasında dava: BIÇAQLANAN VAR



Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Report.az xəbər verir ki, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений