Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Siyavuş Novruzovdan TƏKLİF: Rayonlardan Bakıya axının qarşısını almaq üçün 



“Büdcə layihəsi təqdim olunub və hər kəs öz fikrini deyib. Hesab edirəm ki, deyilənlər nəzərə alınıb və bundan sonra da alınacaq. Bu ildə iki böyük layihənin- Bakı-Tbilisi-Qars və Əsrin Müqaviləsinin yenilənməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu gün artıq Rəşt-Astara layihəsinin həyata keçirilməsi üçün  siyasi qərar var və mən burda iştirak edən Maliyyə Nazirliyi, aidiyyatı qurumların rəhbərlərindən xaiş edirəm ki, bu layihəyə maliyyə ayırsınlar,  layihə tezliklə həyata keçsin. Bu, həm də Naxçıvanın blokadan çıxması deməkdir”.

Cebhe.info xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin büdcə müzakirəsində çıxışı zamanı deyib. Rayonlara dotasiya ayrılmasına toxunan deputat rəqabət mühitinin yaradılmasının vacibliyini vurğulayıb:

“Bu gün artıq 30-dan çox rayon öz büdcəsini təmin edir. Hesab edirəm ki, öz büdcəsini tam şəkildə təmin edən rayonlar əldə etdikləri gəlirin böyük bir hissəsini öz büdcəsinə ayırmalıdır. Bu, rəqabət mühiti yaradacaq. Bu gün idman, səhiyyə, mədəniyyət sahəsində böyük obyektlər var. Bu obyektlərin işləməsi ilə yanaşı, onların saxlanılması üçün büdcədən vəsait ayrılır. Həmin obyektlərin iş mexanizmini təşkil etmək lazımdır ki, onlar özləri gəlir əldə etsinlər və rayonun büdcəsinə vergi ödəsinlər”. 

Siyavuş Novruzov əlavə edib ki, bölgələrdə ingilis və başqa təməyulli pullu məktəblərə ehtiyac var. Çünki imkanlı adamlar uşaqlarını oxutmaq üçün Bakıya gətirirlər: “Bu yolla Bakıya axının qarşısını almaq olar”. 

Sonda problemli kreditlərə toxunan deputat deyib ki, kommersiya banklar problemi həll etməlidir: “Bu gün kredit problemini həll etmək üçün hökumət çalışır. Ancaq qazanan kommersiya bankları olur. Banklar sığortalı əmanətləri 3 faizilə götürür, vətəndaşa 28-30 faizlə verir. Problem yaranan kimi də vətəndaşı göndərir hökumətin üzərinə. Uzun illər bu banklar qazanıb və hesab edirəm ki, indi də yaranan problemləri aradan qaldırmalıdırlar”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений