Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

 



”Mitinqə yığışanların bir hissəsi əvvəllər cinayət törədib, həbs olunanların yaxınları, digərləri isə ordakı siyasi partiya rəhbərlərinin qohumlarından ibarət idi. Siyasi baxışa, siyasi əqidəyə görə toplaşan insan yox idi. Mitinqə baxanda sönüklük görünürdü. Digər tərəfdən, çıxışların özündə şər, böhtan, qarayaxma vardı və bunlar heç nəyə əsaslanmırdı”.

Bu sözləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqini APA-ya şərh edərkən deyib.

S. Novruzov bildirib ki, bugünkü mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib: “Xüsusilə mən qeyd etmək istərdim ki, cənab prezident İlham Əliyevin ABŞ-a çox uğurlu səfəri, çıxışı və orada Ermənistan rəhbərliyinin cinayətkar olması, BMT qətnamələrini yerinə yetirməməsi ilə bağlı çıxışından sonra Ermənistanda çox ciddi ab-hava yaranıb. Hazırda Ermənistanda o cinayətkar rejimə qarşı çox böyük kampaniya aparılır. Bu gün isə Azərbaycanda bir qrup mitinqdə elə bil Serj Sarkisyanın yazdığını oxuyurdu. Azərbaycan ordusu bu gün kifayət qədər silaha və gücə malikdir. Cənab prezident də çıxışında qeyd etdi ki, lazım gəlsə, Ermənistan cəzalandırılacaq. Amma mən mitinqdə şahidi oldum ki, Ermənistanın işğalçı olması, Xocalı soyqırımı törətməsi ilə bağlı bir kəlmə də olsun fikir işlənmədi. Dedilər ki, Azərbaycan guya yararsız silahlar alır. Azərbaycan bu gün Pakistan, İsrail və digər ölkələrdən müasir silahlar alır. Bütün dünya Azərbaycanın gücünü etiraf edir, bunlar isə Ermənistan ictimaiyyətini sakitləşdirməyə çalışırlar ki, Azərbaycanın silahları köhnə və yararsızdır. Hansı siyasi partiyanın lideri məsələni bu cür qoya bilər? Ancaq erməniyə xidmət edən qüvvələr. Bax, biz bunun şahidi olduq”.  

Aksiyada səslənən fikirlərə münasibət bildirən S. Novruzov qeyd edib ki, AXCP sədri Əli Kərimli özü korrupsiya ilə məşğuldur: "Korrupsiya ilə məşğul olan, siyasi mühacir bileti satan Əli Kərimli korrupsiyadan danışır. Onun müavini Gözəl Bayramlının Gürcüstana 41 dəfə səfər etməsi, oradan pullar alması da bir daha sübut edir ki, bunlar Ermənistan rəhbərliyi tərəfindən maliyyələşdirilir və ölkədə sabitliyi pozmaq istəyirlər. Əli Kərimli mitinqdə hesabat versin görək, 20 ildir işləmədiyi halda özünü, cangüdənlərini nə ilə saxlayır? Övladları ən bahalı institutlarda oxuyur, ABŞ-da yaşayırlar. Bu pulları haradan alırlar? Bu, digərlərinə də aiddir. Jurnalistlərlə bağlı fikir deyirlər. Hansı ölkədə dövlət jurnalistlərə ev verir? Hansı ölkədə qeyri-hökumət təşkilatları, siyasi partiyalar dövlət tərəfindən maliyyələşir? Bunların hamısını cənab prezident 200 nəfər dövlət başçısının iştirak etdiyi BMT-nin iclasında deyib. Hansısa 200-300 adamın iştirak etdiyi mitinqdə yox. Bunlar heç öz hesabatlarını verə bilmirlər. Halbuki, Əli Kərimlinin öz partiyasının üzvləri onu korrupsiyada ittiham edirlər. Ona görə də, mitinqdəki fikirlərin heç bir əhəmiyyəti yoxdur".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений