Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şirvan sakini narkotik dövriyyəsi və qızıl oğurluğuna görə tutulub



Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Eldost Mikayılov saxlanılıb.
 
Onun üzərinə baxış zamanı 0,936 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
 
Ətrafında aparılan tədbirlərlə E. Mikayılovun başqa bir cinayət törətdiyi də məlum olub. Həmin şəxs cari il dekabrın 9-da şəhər ərazisindəki qızıl əşyalarının alış - satışı mağazasına gələrək bir ədəd 600 manat dəyərində qızıl boyunbağını və 150 manat dəyərində qızıl üzüyü baxmaq adı ilə götürərək qaçıb.
 
Oğurladığı qızılları Bakı şəhərində qızıl mağazalarının birinə qiymətindən ucuz satıb. Araşdırmalarla həmin qızılların müəyyən qismi maddi sübut kimi götürülüb. 
 
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений