Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Siçan hər il milyonlarla dollarını yeyir, özü isə bir dəqiqədə 2 milyonu yandırdı: Dünya onun kimisini hələ görməyib - FOTOLAR  



Pablo Eskobar tarixin indiyəqədərki ən böyük narkotik taciri kimi tanınır. Nə ondan əvvəl, nə də ondan sonra heç kəs bu mərtəbəyə yüksəlməyib. Dünyadakı kokain ticarətinin 80 fazini əlində cəmlışdirmişdi. Əslən Kolumbiyadan olan bu şəxs haqqında olduqca ilginc məlumatlar var. 

Cebhe.info xəbər verir ki, o, 1949-cu il 1 dekabrda dünyaya gəlib. Atası əkinçi, anası isə kənd müəllimi idi. Ailədə 7 uşaq vardı və yaşam çox çətin şərtlər altında keçirdi. 

Eskobar hələ kişik yaşlarında cinayət işləməyə başlayıb. Məzar daşı oğurlayıb satanda məktəbyaşlı idi. Sonra siqaret qaçaqmalçılığı ilə məşğul oldu, saxta latoreya biletləri satmağa başladı. 

Cinayət aləmində adı duyulanda çox gənc idi. Sürətlə varlandı, hətta o qədər varlandı ki, nağd pulunu bağlamaq üçün hər ay 2500 paket lazım olurdu. Onun pulu tonlarla idi, saxlamaq üçün yer tapılmırdı. Binaların axırıncı mərtəbələri, zirzəmilər, anbarlar tələb olunurdu. Təkcə siçanların gəmirməsi, yanğın və sel nəticəsində itirdiyi pul 100 milyon dollardan çoxdur. Hər il sərvətinin 10 faizi məhz siçanlar tərəfindən yeyilirdi. 

Onu həm də fədakar ata kimi xarakterizə edirlər. Sonradan arvadı olacaq qadını sevəndə onun 24, qızın isə 13 yaşı vardı.  Saxlandığı həbsxanadan qaçarkən Kolumbiya meşələrindən keçmək asan olmamışdı. Ailəsi də onunla bərabər idi. Sığındığı dağ evində övladı soyuqdan ölməsin deyə 2 milyon dolları sobada yandırdığına dair rəvayət var. 

Ən böyük qorxusu ekstradasiya idi və buna görə də Kolumbiyanın 10 milyard dollarlıq dövlət borcunu ödəməyə sevinclə razı olmuşdu. Xalq onu sevirdi, ancaq çıxışlarının birində öldürülən hər polisə görə mükafat təyin etməsi nüfuzunu xeyli zədələdi. Üstəlik adının uşaq oğurluğunda hallandırılması nüfuzuna böyük zərbə oldu. 

Deyilənə görə, həyatı boyunca 200 prokuror, 1000 polis, çox sayda jurnalist və məmur öldütdürüb. Ümumilikdə öldürdüyü adamların sayı 4 minə yaxındır. ABŞ onu axtardığı dönəmdə oğlu ilə birlikdə Ağ Evin qarşısında xatirə şəkli çəkdirəcək qədər qorxusuz idi. 

Oğlu Juan Pablo Eskobarın bildirdiyinə görə, atasının sərvətinin miqdarı kimsəyə məlum deyil. Öldükdən sonra malikanəsi parka çevrildi.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений