Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Separatçıların bayrağı altında “sülh missiyası”



ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər. “Cümhuriyət” qəzeti xəbər verir ki, həmsədrlər bəyanatda bu yaxınlarda təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: “Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırır”.

Vasitəçilər münaqişə tərəflərini həmçinin təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər: “Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq”.

Separatçıların bayrağı altinda geden muzakire

Göründüyü kimi, həmsədrlərin regiona səfərləri ilə bağlı yaydıqları yekun bəyanat tamamilə ziddiyyətlidir, açıq formada desək, bu, işğalçı Ermənistanın mövqeyini dəstəkləyən çağırışdır.Bu, çağırışın Azərbaycana ünvanlandığına da şübhə yoxdur.Nəzərə alsaq ki, ATƏT-in cəbhə xəttində fəaliyyət göstərən müşahidə missiyası gərginliyin hansı tərəfdən yaradıldığını dəqiqliyi ilə bilir, bu zaman bəyanatda bu faktor mütləq qeyd edilməli idi. Lakin atəşkəs rejiminin Ermənistan tərəfindən pozulduğu faktının üzərindən keçən Minsk Qrupu digər yandan, yaydığı bəyanatda “xalqların gələcək müqəddəratı” məsələsinə yer verərək, bir daha hansı tərəfdə olduğunu nümayiş etdirir.

Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kaspşikin Xankəndində separatçıların lideri Bako Saakyanla görüşündə mühaşhidə edilən vəziyyət də sübut edirdi ki, bu dəfəki səfər də çirkli niyyətləri olan tərəfə xidmət edir. Məlum olduğu kimi Xankəndində keçirilmiş həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması müzakirə edilib.Görüşün keçirildiyi salonda qondarma rejimin “bayrağının” asılması isə xüsusi diqqət çəkib.Əlbəttə, həmsədrlərin separatçıların bayrağının salonda qoyulmasına heç bir etiraz etməməsi Minsk Qrupunun missiyasına zidd idi ki, vasitəçilər bunun da üzərindən sükutla keçirlər.

“Azərbaycan Ermənistana təzyiqleri artirmalidir

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Minsk Qrupunun region səfəri ilə bağlı yaydığı yekun bəyanatında səsləndirdiyi fikirlər münaqişənin həllinə yox, mövcud status-kvonun qorunmasına hesablanıb. Politoloq qeyd edib ki, bəyanatda yenə də Ermənistanın işğalçı olması faktoru və bunun nəticəsi olaraq yaşanan insidentlər yer almayıb

Həmsədlərin Bakı və İrəvanda keçirdikləri görüşdən sonra verdikləri bu bəyanat siyasi riyakarlıq və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Bəyanatda qeyd edilən “xalqların öz müqəddaratını müəyyən etmək” iddiası da İrəvanın əlinin gücləndirilməsinə xidmət edir.Uzun illərdir həmsədrlər bu işlə məşğuldurlar.Məhz bu “müqəddərat” məsələsinə görə münaqişənin həll prosesi uzanır.Əgər həmsədrlər insidentlərin və ölümlərin olmasından narahatdırsa, ilk növbədə Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağı tələb etməlidir.Hesab edirəm ki, ilin başlanğıcında reallaşan bu səfər konfliktin həlli ilə bağlı heç bir müsbət impuls vermədi.Bu baxımdan, Minsk formatı Ermənistanın siyasi maraqlarına xidmət edən və danışıqları uzadan köhnəlmiş bir mexanizmdir”.

 

M.Əsədullazadə deyib ki, 11 aprel seçkilərindən sonra sonra Azərbaycan Minsk formatının dəyişdirilməsinə çalışmalı, həmçinin Avropa İttifaqının münaqişənin həlli ilə bağlı mövqeyini dəstəkləməlidir: “Çünki Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyində “xalqların gələcək müqəddəratı” prinsipi yer almır. Bu mövqe Helsinki Yekun Aktına və BMT-nin məlum qətnamələrinə əsaslanır. İttifaqın xarici əlaqələr və təhlükəsizlik məsələri üzrə ali komissarı Federika Moqerinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqa söykənən bəyanatı da bunu sübut edir. Bu, bəyanat Brüsselin Azərbaycanla əməkdaşlıqda və strateji tərəfdaşlıqda maraqlı olmasından irəli gəlir.

Başqa sözlə, rəsmi Bakı mütləq şəkildə münaqişənin həlli ilə bağlı növbəti aylarda dönüş yaratmalı, diplomatik danışıqlarda uğura cəbhədə işğalçıya təzyiqi artırmaqla nail olmalıdır.Nəzərə almaq lazımdır ki, aparılan danışıqlarda qeyri-müəyyənlik var, danışıqların hansı formatda aparıldığı açıqlanmır.Əgər ölkəmizin maraqlarına uyğun uğurlu danışıqlar aparılsaydı, bu açıqlanardı.Nəzərə alaq ki, Qərbin sanksiyaları Rusiyanı bir neçə aydan sonra daha da böhranın dibinə çəkəcək, Azərbaycan da maksimum şəkildə bundan istifadə edib Ermənistana hərbi təzyiqləri artırıb danışıqları yeni fazaya keçirməlidir”.

Politoloq Elxan Şahinoğlu da Minsk Qrupunun son bəyanatının sayıqlama olduğunu və bunun Ermənistanın mövqeyini əks etdirdiyini bildirib. O, bu səfərin turist səfəri olduğunu da diqqətə çatdırıb: “Həmsədrlərin bölgəyə bu dəfəki turist səfəri də başa çatdı. Həmsədrlər Bakıda, İrəvanda və Xankəndidə oldular. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlama onların yerlərində saydıqlarının ən bariz nümunəsidir.Ortaq bəyanatda vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq.Əlbəttə, gərginliyi ortadan qaldırmaq onların vəzifəsidir.Bunun üçün həll planı işə düşməlidir

.Bu olmayana qədər əlbəttə ki, gərginlik azalmayacaq. Həmsədrlər İrəvanda olanda Ermənistan prezident Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan prezidenti son çıxışında Zəngəzurun və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir. Elə görünür ki, həmsədrlər ortaq bəyanatlarında “gərginlik azaldılmalıdır” deyərkən, bunu nəzərdə tuturmuşlar.Reallıqda “İrəvan və Zəngəzuru geri qaytaracağıq” psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti xülyasını dilə gətirərək deyir ki, “larımızı da Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq”, indi də bu iddiaya qarşı  Azərbaycan prezidenti Dağlıq Qarabağla yanaşı, Ermənistanın nəzarətindəki digər torpaqeri almağın zəruriliyini vurğulayır”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений