Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Sən necə fikirləşirsən, Azərbaycanda belə bir nazirlik yarandı-yaranmadı, buna ehtiyac var?" - Deputatdan açıqlama



Bugünlərdə Böyük Britaniyada Tənhalıq məsələləri üzrə Nazirlik yaradılmasına dair xəbərlər Azərbaycan mətbuatında da yer alıb.

Cebhe.info-nun məlumatına əsasən, baş nazir Tereza Mey tərəfindən yaradılan nazirliyin rəhbəri vəzifəsinə  ölkənin idman və ictimaiyyət naziri Treysi Krauç təyin olunub.

Tereza Mey yeni nazirliyin bir neçə il öncə qətlə yetirilmiş deputat Co Koksun fəaliyyəti əsasında yaradıldığını bildirib. Məlumat üçün bildirək ki, C.Koks Böyük Britaniya parlamentində tənhalıq məsələləri üzrə komissiyaya rəhbərlik edib və özünü tənha hiss edən vətəndaşlara yardım üçün orqanın yaradılmasına çalışıb. Hələlik Tənhalıq Nazirliyinin konkret olaraq hansı fəaliyyətlə məşğul olacağı barədə məlumat verilməyib. 

Dünyanın əksər ölkələrində getdikcə tənhalaşma meyilləri artır. Ənənəvi ailə institutu dağılır. Bir ailədə adətən bir, uzaqbaşı, iki uşaq doğulur, onlar da böyüdükdən sonra valideynlərdən ayrı yaşamağa üstünlük verir. Azərbaycanda da kifayət qədər tənha və yalnız adamlar var. Bunlar güman ki, daha çox ahıl insanlardır. Məsələ ilə bağlı Dövlət Statistika Komitəsi ilə əlaqə saxlasaq da, adıçəkilən qurumun 2017-ci il üçün Azərbaycanda olan kimsəsizlərin sayını söyləməsi böyük bir müşkülə çevrildi... 

Bizə bir neçə telefon nömrəsi verib, müxtəlif şöbələrə yönləndirsələr də, hər hansı bir statistik rəqəm öyrənmək cəhdimiz boşa çıxdı. 

Yeri gəlmişkən, ölkəmizdə bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Tənha insanlar üçün sığınacaqlar, qocalar evləri fəaliyyət göstərir. Cebhe.info “Bizdə belə bir nazirliyə ehtiyac varmı?”  sualı ilə millət vəkili, sosial siyasət komitəsinin üzvü Musa Quliyevə müraciət edib. 

Sualımıza sualla cavab verən millət vəkili “Sən özün necə fikirləşirsən, Azərbaycanda belə bir nazirlik yarandı-yaranmadı, buna ehtiyac var?”- deyə soruşub və mövzu ilə bağlı əlavə şərh verməyib.

Aytən Həsənova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений