Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Semaşko”da nəzarətsiz qalan Qarabağ döyüşçüsü xəstəxananı tərk etdi - MƏCBURİYYƏT



Qarabağ müharibəsi əlili, 1961-ci il təvəllüdlü Cavanşir Abdullayevin 1 saylı kliniki Tibbi Mərkəzdə ağır vəziyyətdə olması ilə bağlı məlumat vermişdik. Xatırladaq ki, hüquq müdafiəçiləri II qrup əlilin adıçəkilən xəstəxanada baxımsız qaldığını bildirmişdilər. 

Cavanşir Abdullayevin dərman və tibbi vəsaitlərinə 1500 manat vəsait xərclənib. Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova həmin məbləğin Cəmiyyət tərəfindən ödənildiyini bildirmişdi. Xəstənin yaxınları Şəkidə yaşadığına görə, onun yanında keçmiş Qarabağ döyüşçüləri qalıb.

Növrəstə Yusifovanın Cebhe.info-ya verdiyi məlumata görə, “Semaşko”dakı baxımsızlıq Qarabağ əlilinin xəstəxanı tərk etməsinə gətirib çıxarıb. Xəstənin vəziyəti ağır olsa da, baxımsız şəraitində qalmaq istəməyib: 

“Sizin yazınızdan sonra guya əl-ayağa düşmüşdülər, dedilər yaxşı baxılacaq. Amma baxmadılar. Reanimasiya şöbəsinə köçürmək istəyirdilər, amma razı olmadı. Çünki, burada heç olmasa yanına gedib-gəlirdik, reanimasiyada tam nəzarətsiz qalacaqdı. Pul çatdıra bilmirdik, adi şprisi də bizə aldırırdılar”.

Qeyd edək ki, səslənən ittihamlarla bağlı 1 saylı xəstəxnadan mövqe öyrənmək cəhdlərimiz baş tutmayıb.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений