Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sekuta: "ABŞ şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır"



"Biz hələ bu işin ilkin mərhələsindəyik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var".

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanda keçiriləcək prezident seçkilərində ABŞ tərəfdən müşahidəçilərin olub-olmayacağı barədə suala cavabında deyib.

Səfir ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brinkin Azərbaycanda səfərdə olarkən seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdiyini də xatırladıb: "Mən isə dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений