Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var



Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda xəstələrin müayinələri aparılır.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений