Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şəhriyar Məmmədyarov: "Heç-heçələrə təəccüblənmək lazım deyil"



Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində III tur sona yaxınlaşır.

Turnirin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.

Karyakin partiyadan sonra bildirib ki, oyunda üstünlük qazanmaq mümkün olmayıb:

"Açılışdan sonra üstünlük qazanmaq mümkün olmadı. Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Artıq edəcəyi gedişi təxmin edə bilirəm. Ona görə səhvlər olmadı. Sürpriz gözlənilmirdi. Əslində qələbə qazanmağı çox istəyirdim. Sadəcə Şəhriyar buna imkan vermədi".

Sergey Karyakin söyləyib ki, dünya şahmat tacı uğrunda Maqnus Karlsenlə görüşdə Şəhriyar onun komandasında yer alıb və köməyini əsirgəməyib:

"Şəhriyar həm də dostumdur. Dünya çempionluğu uğrunda görüşlərdə köməyini hiss etmişəm. Biz şahmat oynamışıq, gedişləri müzakirə etmişik. Debütlər üzərində çalışmamışıq. Ona görə fikrimcə bir-birimizi şahmatçı kimi o qədər yaxşı tanımırıq".

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da Sergey Karyakinlə oyunda nəticənin partiyaya uyğun olduğunu deyib:

"Bu dəfə heç-heçələr çoxluq təşkil edir. Lakin şahmatda belə hallara təsadüf olunur. Təəccüblənmək lazım deyil. Karyakinə qarşı ciddi hazırlaşmışdım. Sadəcə üstünlük qazanmağa imkan olmadı. Bir sıra variantlar üzərində düşündüm, vəziyyətdən çıxış yolu görmədim. Bir-birimizi yaxşı tanıyırıq. Amma bütün sirrlərimi bilmir. Biz Sergeylə debütlər üzərində işləməmişik. Ancaq şahmat oynamışıq, çətin vəziyyətlərdən çıxış yolunu müzakirə etmişik. Debütlərimizi bir-birimizə söyləməmişik".

Məmmədyarov ShamkirChess 2018 superturnirində heç-heçələrin çoxluq təşkil etməsini belə şərh edib: "2007-ci ildə Bolqarıstanda turnirdə iştirak edirdim. Çoxlu sayda heç-heçələr qeydə alınmışdı. Təsəvvür edin son turda axırıncı yerdəki şahmatçı liderdən yarım xal geri qalırdı. Yəni lider uduzsa, autsayder qələbə qazanmaqla yarışın qalibi olurdu. Fikrimcə Şəmkirdəki partiyalar maraqlıdır. Sadəcə məhsuldar alınmır. Amma növbəti oyunlarda qələbə və məğlubiyyətlər də olacaq".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений